PRoMete feat. Anar Nağılbaz - Qəribə Vaxtlar (feat. Anar Nağılbaz) Lyrics

Lyrics Qəribə Vaxtlar (feat. Anar Nağılbaz) - PRoMete , Anar Nağılbaz



Fikirlər onlar heç vaxt gəlmir qəfildən
Onlar şüuraltına çökmüş şəkillər
Bəzən illər lazım olur bir ideyanı tamamlamaq üçün
Amma hər gün oturub bir şey qaralamaq üçün
Ətrafda səbəblər çox, həyat tələblər çox
Yaşlanırıq sevinc əvəzi gərilir əsəblər çox
Kim deyir ki, yaşlı olur müdriklər?
Yox!
Tanıdığım cavanlar da var
Uşaqlığımın qəhrəmanı - Anar
Fikirləriylə formalaşırdı cavanlar, vaxt var idi
Qəribə vaxtlar idi, axşamlar həyətə düşərdi hamı
Xəbərləri bölüşmək üçün
İndiysə facebook-da toplanırlar görüşmək üçün
Az qalıb surroqata dönüşmək üçün
İnsanlar çox dəyişib, bu pisdir, yoxsa yaxşı?
Hərənin öz baxışı
Fərqli baxışların səbəbkarı - həyat naxışı
Kimdəsə cütdür maşın, kiminsə yox balışı
Kimsə sevir yağışı
Kiminsə birdir həyata gəlişiylə, alışı
Kimdəsə çoxdur yaxşı, kimdəsə yoxdur yaxşı
Kimə qurmaq, kimisinə soxasoxdur yaxşı
Hərənin öz baxışı, hərənin öz naxışı
Bir vaxt var idi, yaxşı vaxtlar idi
Yolumuz işıqlı, ətrafımız dostlar idi
Enerji çox, sual çox, işimiz aşkar idi
Elə fikirləri formalaşdıran insanlar idi
Bizə dövrümüz deyildi qeyri-adi
Adi gəlirdi bizə əhvalatı, hərəyə bir qaraltı
Hərənin öz saatı, çatırdı imkanatı
Kiçik bir dövlətin insanlarının böyük həyatı
Böyükdür sualları, böyükdür duaları
Kiçikdir böyük dövlətlərlə dostluq xəyalları
Ölüb gedir ərlər, yüz il eyni xəbərlər, fərqli ifa eyni əsərlər
Əslində kiminsə yüz il əvvəl yazdığı sətri
Deyirik bu gün fərqli
Budur bizim dövr!
Bilinmir hələ tarixdə necə edəcək izim dövr?
Hmm, dostum Mete, ötür siqareti
Bəlkə sadəcə bir fləşkartıq biz, xəbər ötürücü
Bəlkə xatirələrimizin gücüdür, sözlərin gücü
Həyata maraq edən biri var idi - mənəm o
Ətrafı xanımlar, dostlar idi - mənəm o
Bu gün bəzi ölüb, bəzi başqa-başqa diyarda
Bəzi başqa-başqa fikir, başqa-başqa xəyalda
Dəyişir həyat, qəbulun dəyişir
Qovluqlar yeni, fikirlər şablon dəyişir
Gözəllər gözəlləşdikcə abrın dəyişir
Üsullar köhnə üsuldur, sabun dəyişir
yaxşı var ritm, bu gün səninlə dedim
Təbiətdən törəndik, yenə ruh təbiətin
Cəmiyyətə qaynayıb qarışmalı, alışmalı
Keçmişi unutmayıb, bu gününlə barışmalı
Ya da fikirlərini paylaşıb, bir toplaşmalı
Yeni bir məna üçün qırışmalı, savaşmalı
Gözlərimiz yol çəkir, axır axın-axın fikir
Başqadır fəlsəfəsi insanlar birdir
İnsanlar birdir insanlar bilmir
İnsanlar bildiyi həqiqətləri dinmir
Bəlkə bildiklərmizi biz paylayaq, hamı bilsin!?
Bəlkə bu ən böyük tilsimdir ki
Kimsə edib bizi dilimizə təslim, bu bir tərslik
bu barədə yoxdur heç bir ədəbiyyat, heç bir dərslik
Həyatımızı bürümüş sərt bir nəhslik
Niyə üzümüzə qırışlarla birgə qonur səssizlik!?
Kimsəsizlik, tənhalıq
Darıxmaq hissinin özü üçün darıxmaq
Suallar burulğanında vurnuxmaq
Hər şeyin yaxşı olacağı barədə inam hissi uzaqlarda
Artıq əvvəlki tək sevinc vermir uşaqlar da
Daha yumşaq, daha həzin musiqilər qulaqlarda
Daha axmır göz yaşı da yanaqlardan
İçəriyə yol tapıblar, ümidlərə yem olublar
Ümidlərsə hələ sağdır, yaşsa sayır əksimizə
Güzgülərdə yadlaşırıq əksimizə
Artıq varan da yox fərqimizə
Nəzərlərdə yox oluruq
Özümüzə dost oluruq
Mümkünsüz hadisələr baş verirlər
İtirilməz insanlar baş daşına çevrilirlər
Ömür nədir?
Fikirlərin qoynunda səfərlər?
Fikirlər onlar heç vaxt gəlmir qəfildən



Writer(s): Anar Cəbiyev, Gustavo Santaolalla, Pərviz Isaqov


PRoMete feat. Anar Nağılbaz - Köhnə Mahnılar
Album Köhnə Mahnılar
date of release
13-02-2013



Attention! Feel free to leave feedback.