PRoMete - Tənha Qarğa Lyrics

Lyrics Tənha Qarğa - PRoMete



Bir gün görsən səmada tənha qarğa var
Ona qorxuyla baxma, onu qorxuyla süzmə
Dünyanı tutub durmur, hətta qoca qarğalar
Özünü itirdiklərindən ötrü çox da üzmə
Bir gün görsən səmada tənha qarğa var
Ona qorxuyla baxma, onu qorxuyla süzmə
Dünyanı tutub durmur, hətta qoca qarğalar
Özünü itirdiklərindən ötrü çox da üzmə
Baxır altındakı yumurtalara ana qarğa
Bu yumru səthlər altında həyat var
Desələrdə qarğalara uzun ömürlüdür
Onlar üçün vaxt amansız ömür qısa həyat dar
qədər mərhələlər keçəcək yumurtalar
Gecələr soyuyacaq qızaraq günortalar
Ana unudacaq özün bala çıxarmaq üçün
Balalar xatırlamasa da hətta bunu sonralar
Çıxmır fikrindən bu fikir ananın bir anlıq
Fikirlər qarışıq, beyin dumanlı
Qalxır, qaldırır dimdiyin qürurla dayanır
Məhv etmək hissi keçir içindən yumurtalarını
Deşir dimdiyiylə dörd yumurtasın ard- arda
Birdən dayanır yüksəkdən qarıldayır qarğa
Neynədim mən, məhv etdim 5 həyatdan dördünü
Alsa belə ömrümü qalmalısan yumurta
Bir gün görsən səmada tənha qarğa var
Ona qorxuyla baxma, onu qorxuyla süzmə
Dünyanı tutub durmur, hətta qoca qarğalar
Özünü itirdiklərindən ötrü çox da üzmə
Bir gün görsən səmada tənha qarğa var
Ona qorxuyla baxma, onu qorxuyla süzmə
Dünyanı tutub durmur, hətta qoca qarğalar
Özünü itirdiklərindən ötrü çox da üzmə
Səmada qanad çalır, süzərək yeri
Cavan qarğa qayğısız, dönəcək geri,
Bilmədən nələr gözləyir onu yuvada
Neçə il gərək olacaq açmaqçün bu sirri
Yuvadan uçuşur yolunmuş lələklər,
Anasın kimsə amansızca öldürüb uçub,
Haqq ədalət hanı hardasız mələklər
Niyə o namərd məni gözləməyib qaçıb
Qarşısında məhv olmuş bir ömür bir həyat
Tapanacan qatilləri, yaşayacaq narahat
Özünə söz verir qisas almadan ölə bilməz
Səhər bu fikirlə oyan, gecə bu fikirlə yat
Uçur yuvadan uzağa başlayır axtarış
Gəzir ətrafda bütün hər yeri qarış qarış
Düşür birinin izinə isti yaz gecəsi
Tapmalı hamısın, bu sanki bir yarış
Bir gün görsən səmada tənha qarğa var
Ona qorxuyla baxma, onu qorxuyla süzmə
Dünyanı tutub durmur, hətta qoca qarğalar
Özünü itirdiklərindən ötrü çox da üzmə
Bir gün görsən səmada tənha qarğa var
Ona qorxuyla baxma, onu qorxuyla süzmə
Dünyanı tutub durmur, hətta qoca qarğalar
Özünü itirdiklərindən ötrü çox da üzmə
Əl saxla, bir soruş, olsun ədəbin
Dedi qatil qarğa, boğub əsəbin,
Səkkizlikdən sonuncusu bu mənəm doğrudur
7-sin öldürdün soruşmadan səbəbin.
Öldürdüyüm qarğaların mənə çatmadı gücü
Neçə ildir, uçuram tapıb məhv etmək üçün
Sən onlardan fərqlisən güclü həm ağıllı
Odur ki, möhlət verirəm sənə şərh etmək üçün
Bilirdim gələcəksən, biz eyni nəsildən
bilirəm izləyirsən bizi hansı fəsildən,
Öz yumurtalarını yedi sənin mərhum anan
Bu xəbər yaman sarsıtdı hamımızı qəfildən,
Nəsil qərarı yekdil ömrünə son qoyulsun
Bütün görüb duyanlara da bu dərs olsun
Axı bu ən ağır imtahandır bir nəsilçün
Kimsə öz can parçasına tərs olsun.
Sənə amansız görünən bizim hərəkət,
Bütün nəslin yekdil qərarı idi fəqət
Sənin üçün ananın ölümü doğma can itkisi
Ona görə hakim kəsilib həyatına bu nifrət
İndi qərar ver, seçim sənin,Bəli mən əmri icra edənlərdən biri
Amma ki unutma, məni belə öldürsən
Bu ölüm sənin ananı qaytarmayacaq geri.
Bir gün görsən səmada tənha qarğa var
Ona qorxuyla baxma, onu qorxuyla süzmə
Dünyanı tutub durmur, hətta qoca qarğalar
Özünü itirdiklərindən ötrü çox da üzmə
Bir gün görsən səmada tənha qarğa var
Ona qorxuyla baxma, onu qorxuyla süzmə
Dünyanı tutub durmur, hətta qoca qarğalar
Özünü itirdiklərindən ötrü çox da üzmə



Writer(s): Diamond Style Productions


PRoMete - Tənha Qarğa
Album Tənha Qarğa
date of release
07-01-2016




Attention! Feel free to leave feedback.