Qaraqan - Cinayət və Cəza Lyrics

Lyrics Cinayət və Cəza - Qaraqan



Axı ona deməmişdilər ki, bu gün evdə başqa adamlar olacaq
Həmişəki kimi səliqəsiz, otaq tör-töküntü
Beynində ölçüb biçir, dünənndən çəkir, içir
İndi o oxşayırdı özünü güldürmək istəyən klouna
Otaqda bir, iki, üç tanımadığı adam dört, beş!
Saatın qırağına dikilib, baxış bəlkə tapılıb leş?
Beləcə fikirlər sinirlərini gəmirdikcə
Qonaqlar çay süzürdü bacısı stəkan gətirdikcə
Pəncərədən çöldə rəqs edir yanvar küləyi
Zərif sükutu pozdu azca səssiz öskürəyi
Otaqdan çıxa bilmir stress, şüphə, oyun, yalan, bic baxışlar, krizis
Necə tapdılar? Plintus içəridə tərpənir atasının addımlarından
Tarixin rekviemı. Skripkada çalır iblis, gəlin onu dinliyək
Ekranda Orxan Fikrətoğlu, babası divan, sakitcə
Bu evdə baş verənlər çoxdan deyil o kaftarın vecinə!
Bəlkə xasiyyətdə atasından çox o ona çəkir
Kiçik qardaşı bütün otaqdakıları telefona çəkir
Hər şey ssenariyə uyğun, maskaları tərpənmir
Deyəsən hələ heç kəs heç nədən şüphələnmir
Zaman donub. Onun gözləri gizlədir, içindədi sirləri, sirləri sil
Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş, silməmiş silməmiş...
Zaman donub. Onun gözləri gizlədir, içindədi sirləri, sirləri sil
Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş, silməmiş silməmiş...
Bacısı bir ildi gözlüyür gizlincə bu axşamı
Axır ki, gəldi elçiləri sevgilisi Kamranın
Qızcığaz qanadlarınr, iyirmi bir yaşlı mələk
Əlləri əsir, utancaq, necə döyünür ürək
Anası baxır qadınların taxdığı qızıllara
Atası sorğu sual. Necə oğlandı? işdiyir? Harda?
Qonaqlar gülərüz atası razılıq verəndə birdən
Qardaş qalxır, donur, sükut, qorxu, qorxu!
Onların xəbəri yoxdu dünənki hadisədən
Bütün kadrlar beynində qarışıq hafizədən
Yarı içkili, yarı ayıq, yuxu, pozulmuş əsəblər
Yadında bıçaq! Bıçaq! Qan tökülür cırılmış böyrəkdən!
Bacısını evə ötürən o oğlanın yazıq baxışları
İndi onun meyidi yaxınlıqdakı kanalizasiyadadı
Xəbərsiz valideyinlər, ölmüş oğlun elçiləri
Axı o biləydi ki, bacısı belə xoşbəxtdi...
Zaman donub. Onun gözləri gizlədir, içindədi sirləri, sirləri sil
Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş, silməmiş silməmiş
Zaman donub. Onun gözləri gizlədir, içindədi sirləri, sirləri sil
Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş, silməmiş silməmiş...



Writer(s): Elxan Zeynallı


Qaraqan - Compilation


More albums



Attention! Feel free to leave feedback.