Qaraqan - Sadəcə Bir Rəqs Lyrics

Lyrics Sadəcə Bir Rəqs - Qaraqan



Mən sevgili istəmirəm
Sadəcə bir rəqs
Gəlin unudaq gələcəyi, keçmişi
Xanım sizdən gələn ətir necə gözəldi
Deyiləm sərxoş, ümumuyyətlə içmirəm
Nəyə gərək stres, siz gözəl qadınsız
Komplimentlərə artıq öyrəşməlisiz
belə ekzotik gecələrin birində
Mən inanmazdım qarşıma çıxacaq şəhzadə
Mən sevgili istəmirəm
Sadəcə bir rəqs
Qoy bu rəqs olsun bizim sirrimiz
Ətrafda insanlar, biz onlardan fərqli
Görün necə sürətlənir bizim rəqsimiz
Uzun illik səyahətlərdən qayıtdım
Sevirəm okeanı, orda mənim yaxtam
Əgər siz bir gülüşlə versəz razılıq
İstəyərdim sizi bir gecəlik qaçırdım
Keçəcək günlər, keçəcək illər
Qalacaq xoş xatirələr bizə
Çökəcək dizlər. Neçə sevgililəri
Çəkəcək yenə cazibələr sizə
Bizim gecəmiz göydə ulduzlar
Qalmasın gizli, gizli arzular
Yoxdu təsadüflər, bu taleyimiz
Bizi gözləyir dalğalı dəniz, dalğalı dəniz
Yoxdu təsadüflər, var taleyimiz
Artıq siz mən, qaldıq ikimiz, qaldıq ikimiz
Mən sevgili istəmirəm
Sadəcə bir rəqs
Zaman dayansın, rəqs edək əbədi
Olmasam düzgün seçim, olacam dərs
Bəlkə unudulmaz xatirənin səbəbi
Sizi axtarırdım çox uzaq sahillərdə
Hardan biləydim bu qədər yaxınsız?!
əgər şəhzadə çəkinirsə markizdən
Siz artıq qorxmursuz, gözlərimə baxırsız
Mən sevgili istəmirəm
Sadəcə bir rəqs
Sizə göstərərdim dənizlərdə dalğaları
Buraxmır valideyinlər, onları aldadın
Bu gecə Allah da günahları bağışlayır
Təmiz səmada ay, qıraqda boş halleya
Mənim nəfəsim qızdırar əlinizi
əgər bir gülüşlə versəz razılıq
İnana bilmirəm, siz artıq gülümsədiniz
Keçəcək günlər, keçəcək illər
Qalacaq xoş xatirələr bizə
Çökəcək dizlər. Neçə sevgililəri
Çəkəcək yenə cazibələr sizə
Bizim gecəmiz göydə ulduzlar
Qalmasın gizli, gizli arzular
Yoxdu təsadüflər, bu taleyimiz
Bizi gözləyir dalğalı dəniz, dalğalı dəniz
Yoxdu təsadüflər, var taleyimiz
Artıq siz mən, qaldıq ikimiz, qaldıq ikimiz



Writer(s): Elxan Zeynallı


Qaraqan - Compilation


More albums



Attention! Feel free to leave feedback.