RG - Saqi Lyrics

Lyrics Saqi - RG



Bizə geriyə qalma.
Elə vecinə alma
Bizə geriyə qalma.
Şairin dəqiq olmalı kəlamı
Yeridirlər su altından samanın
Qırx gün olur yalanın zamanı
Amma bişərəf çətin ar etsin.
Özüm bu işin avamı
Heç seçə bilmirəm adamı
Qardaş deyənlər gətirmir davamı
Dost dost cibi güdməz ki kar etsin
Qız başdan alar ağıl-kamalın
Bal dodaqdan pıçıldar yalanı
Gözləmə nağılın davamın
Keç burax zaman özgəyə yar etsin.
Həyat düzər rəftən rəfə
Tövbə hər dəfə hər əfdən əfə
Günah da təkrar səhvdən səhvə
Fərq var sirr vermə ki sonra car etsin.
Şişmə fələk alar havanı.
Bil salam Allah salamı.
Savabı verənin həm alanın yanında qalanın rəbb canını var etsin.
Var etsin maraq dairəmi, ailəmi
Verəndə sınaq versin çarəmi.
Vat etsin! Var etsin!
Məndən demək söz yiyəsi xar etsin.
Bitər keçər bu soyuq gecə.
Birtəhər gücnən tut sürdüm keçər.
Şərəfinlə gəlib gedən olub keçən.
Şərəfinə gəlin bir süzün içək.
Bitər keçər bu soyuq gecə.
Birtəhər gücnən tut sürdüm keçər.
Şərəfinlə gəlib gedən olub keçən.
Şərəfinə gəlin bir süzün içək.
Elə vecinə alma yenə gecəyə qalma
Fikirə dalma təməli düz əməl geriyə qalma
Yaradan bilsin bəndə inkar etsin.
Zar etsin valideyn bədbəxt idi qızın sevmədiyi ilə bir olub.
Çöldə bacada səsi çıxmayan məstan qadınına qarşı şir olur.
Sevginin varlığı göstərməməli maddidarlığın bil onu.
Ailə səadəti asılı deyil toyunda oxumağı Abbasın Mirinin Şeronun.
İraq etsin lap etsin
Qorumalısan onu qolların taqətsiz.
Yaralarımı saran olmayıb mənim
Yoluna sarı yollanıb yar etsin
Təki var olsun kaman qaşlım
Toxunsun qəlbimin simini tar etsin.
Övladlarımın anası olsun
Oğullarım ürəyimi dağ etsin.
Andım eyni ailə bayraq torpaq
Xalqın neynir sayılaq qorxaq.
Ya Qarabağ ya ölüm qalxaq
Əsgərim düşmənə dünyanı dar etsin.
Bitər keçər bu soyuq gecə.
Birtəhər gücnən tut sürdüm keçər.
Şərəfinlə gəlib gedən olub keçən.
Şərəfinlə gəlin bir süzün içək.
Bitər keçər bu soyuq gecə.
Birtəhər gücnən tut sürdüm keçər.
Şərəfinlə gəlib gedən olub keçən.
Şərəfinlə gəlin bir süzün içək.
Elə vecinə alma yenə gecəyə qalma
Fikirə dalma təməli düz əməl geriyə qalma
Yaradan bilsin bəndə inkar etsin.



Writer(s): Anar Niftaliyev, Anar Niftəliyev, Classixs Beats, Nadir Huseynov


RG - Saqi
Album Saqi
date of release
06-11-2018

1 Saqi




Attention! Feel free to leave feedback.