Rahidə Baxışova - Biganə Lyrics

Lyrics Biganə - Rahidə Baxışova



Qəm əlindən bulud kimi dolmuşam
Sevib-sevənlər üçün doğulmuşam
zamandır, unutmuşam özümü
Hamının halına yanan olmuşam
Niyə hamı mənə biganə olub?
Görənlər deyir ki, divanə olub
Niyə hamı mənə biganə olub?
Görənlər deyir ki, divanə olub
Bir gileyim olmayıbdır bəxtimdən
Tanrıdan razıyam öz qismətimə
Məni sevənlərə can demişəm
Hər zaman sadiq olmuşam əhdimə
Niyə hamı mənə biganə olub?
Görənlər deyir ki, divanə olub
Niyə hamı mənə biganə olub?
Görənlər deyir ki, divanə olub
Demirəm ki, qəmlənərəm, ağlıram
Ümidimi xoş günlərə bağlıram
Mən hələ bu dünyadan bezməmişəm
Bulaq kimi, dəniz kimi çağlaram
Niyə hamı mənə biganə olub?
Görənlər deyir ki, divanə olub
Niyə hamı mənə biganə olub?
Görənlər deyir ki, divanə olub
Bir gileyim olmayıbdır bəxtimdən
Tanrıdan razıyam öz qismətimə
Məni sevənlərə can demişəm
Hər zaman sadiq olmuşam əhdimə
Niyə hamı mənə biganə olub?
Görənlər deyir ki, divanə olub
Niyə hamı mənə biganə olub?
Görənlər deyir ki, divanə olub
Niyə hamı mənə biganə olub?
Görənlər deyir ki, divanə olub
Niyə hamı mənə biganə olub?
Görənlər deyir ki, divanə olub



Writer(s): Rasoul Hoseinpour



Attention! Feel free to leave feedback.