Sevda Alekperzadeh - Sənsiz Lyrics

Lyrics Sənsiz - Sevda Alekperzadeh




Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eyləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı sənəm,
Bilirəm sən dedin: "Yox yara hacət sənsiz!"
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb olmadı rahət sənsiz!



Writer(s): Nizami Gəncəvi, üzeyir Hacıbeyov



Attention! Feel free to leave feedback.