Tefo - Kemang O Lyrics

Lyrics Kemang O - Tefo



Bu gün ağlımdasan amma xoş deyil
Gözlər parıldayır amma sevinc deyil
Mənə deyin nələr axı bəs edər ki, varlığımdakı təkliyim boş deyil
Hər gün təbəssüm yalnız gülüşün
İndi baxıram ətrafa insanlar gülüşür
Sən may ayımın ən gözəl hədiyyəsi
İlk görüşdə yadımda, ürək əsir
Məncə bacarardıq ola bilərdik fərqli
Bizdə yox nifrət, varıydı ancaq sevgi
Mən səni layiq bilirdim təkcə özümə
Ən yüksək zirvədə sən idin gözümdə
Özüm özlüyümdə bağışladım səni
Yanımda olmasan ürəyim ancaq sənin
Daha var qürurum sevgini əzir
Sən adlı şəhzadə daha ürəyimdəki əsir
Qara qəhərin içində tənha
Qalmaram kədər içində daha
Çox mu baha xoşbəxt sonluq?
Sevgidən sonra alınmaz heç cür dostluq
Hələ ki yazıram üzünə deməzdim
Sən adda liman varsa ordan dönməzdim
Dönməsə artıq görüşmək, o vaxtlar
Mən otururam sənsiz hələ o parkda
Bəs indi mənsizlik sənə bəs edir mi
Əla olardı hər şey bilsəydin qədrimi
İndi ürəyim qayıt sözünə təslimdi
Mən sevirəm əbədi səndəki əksimi
İnan ki qoyduğun boşluq birdə çətin dolar
Səninçün ikinci mən birdə çətin tapılar
bəzən sənsizliyə ürəyim dözməsə
Bəlkə gəl demərəm yoxluğuna dözməsəm
Bu da yəqin sondu sonu var hər nağılın
Sən mənim tək qayıtmadığım limanım
Mən səndən sonra bildim nəşənin dadını
Adın dəyişməzdi sən mənim tək qadınım




Tefo - A Yoyo
Album A Yoyo
date of release
21-02-1996



Attention! Feel free to leave feedback.