Şebnem Tovuzlu - Ömrüm Günüm Lyrics

Lyrics Ömrüm Günüm - Şebnem Tovuzlu



Əllərimi həyatdan üzüb gedən zaman
Mənə dərman kimi gəldin ay sevgilim
Bu qədər ağrılar, acılar çəkdiyimi
Söylə görüm hardan bildin ay sevgilim
Bu sitəmi, dərdi ata bilmərəmki sənsiz
Qəlbimin səsindən yata bilmərəmki sənsiz
Kor olar gözlərim sən olmasan ağlayar
Gözümün yaşını sildin ay sevgilim
Bunu mənə küləklər,yağışlar dedi
etsəmdə həmişə bağışlar dedi
Hər gün doğmalaşan baxışlar dedi
Dediki sənsiz olmaz ay ömrüm günüm
Həyat səninlə şad firəvan, şahanə
Sənə həmişə axtaracam bəhanə
Evim, eşiyim sənsiz olar viranə
Yerin əsla dolmaz ay ömrüm günüm
Evim, eşiyim sənsiz olar viranə
Yerin əsla dolmaz ay ömrüm günüm
Əllərimi həyatdan üzüb gedən zaman
Mənə dərman kimi gəldin ay sevgilim
Bu qədər ağrılar, acılar çəkdiyimi
Söylə görüm hardan bildin ay sevgilim
Bu sitəmi, dərdi ata bilmərəmki sənsiz
Qəlbimin səsindən yata bilmərəmki sənsiz
Kor olar gözlərim sən olmasan ağlayar
Gözümün yaşını sildin ay sevgilim
Xəbər verir ruhum hər bir anından
Sən dəyərlisən bu şirin canımdan
olar məni üzmə getmə yanımdan
Sevən dərdə salmaz ay ömrüm günüm
Mən tanrıya bağladım bu diləyi
Verdi ona mənim kimi mələyi
Allah həmişə bir döyünən ürəyi
Bir birindən almaz ay ömrüm günüm
Allah həmişə bir döyünən ürəyi
Bir birindən almaz ay ömrüm günüm



Writer(s): Sohret Memmedov


Şebnem Tovuzlu - Ömrüm Günüm
Album Ömrüm Günüm
date of release
03-12-2021




Attention! Feel free to leave feedback.