Akif İslamzadə - Qardaşların Mahnısı (feat. Mirzə Babayev & Eldar Axundov) paroles de chanson
Akif İslamzadə Qardaşların Mahnısı (feat. Mirzə Babayev & Eldar Axundov)

Qardaşların Mahnısı (feat. Mirzə Babayev & Eldar Axundov)

Akif İslamzadə


paroles de chanson Qardaşların Mahnısı (feat. Mirzə Babayev & Eldar Axundov) - Akif İslamzadə




Meydanda dayansa
Kürək-kürəyə, kürəyə
Əl-ələ güvənsə
Ürək-ürəyə, ürəyə
Yüz düşmən, min düşmən
Düşsə hərəyə
Deyərik, bizimçün
Bunlar da azdır, hey
Bu köhlən atları
Biz çapıb gələrik
Üç qızıl almanı
Biz tapıb gələrik, hey
Çağırsaq meydana
Gəlməsə düşmən, düşmən
Bizimlə savaşa
Girməsə düşmən, düşmən
Biz qılınc vuranda
Ölməsə düşmən
Düşmənə yumruq da
Ölüm azdır, hey
Bu köhlən atları
Biz çapıb gələrik
Üç qızıl almanı
Tez tapıb gələrik
Bir gün rastımıza
Çıxsa üç gözəl, gözəl
Üç igid qardaşa
Baxsa üç gözəl, gözəl
Bizi öz nazı ilə
Yıxsa üç gözəl
Deyərik, gözələ
Bu naz da azdır, hey
Bu köhlən atları
Biz çapıb gələrik
Üç qızıl almanı
Tez tapıb gələrik, hey
Bu köhlən atları
Biz çapıb gələrik
Üç qızıl almanı
Tez tapıb gələrik, ey-hey



Writer(s): Ramiz Rövşən, Tofiq Quliyev


Attention! N'hésitez pas à laisser des commentaires.