Ali Ashikar feat. Ali Sh - Səhərin Ilk Işıqları paroles de chanson

paroles de chanson Səhərin Ilk Işıqları - Ali Ashikar feat. Ali Sh



Mən ki, deyiləm oyuncaq
Həvəsini öldürüb tərk edəsən
bu qədər bağlanmlaqla elədim bəlkə səhv
Əlini tutanda mən qoydum əlini qəlbimə ki
Bu qəlbin tək sənin üçün döyündüyünü dərk edəsən
Bu qədər asan ayrılıq, yaraşmaz bu bizə
Gülüşün saxta yəni, ən başından sünisən sən
Bəlkə batan günəş doğar biz üçün təkrardan
Evimin bərəkətisən, süfrəmə isə ruzisən sən
Arada düşün məni, saçınla əlimi ovuşdur
qədər dözüb, susub sonra da bir gün soruşdum
Üzümün gülməyini istəyirsən? Onda durma
Qarşıma keç, gəlib bu gözəl səni mənlə qovuşdur
Sən belə bir adamı incidib də, bil ki, etdin səhv
Məndə qram şərəf yoxdur, sən əgər məni sevdinsə
Nifrət belə edə bilmirəm, partlayıram hirsimdən
Mən qədər səni yazdım, bir o qədər getdin sən
Bu aşiq uğrunda bil ki, qədər qət edib yol
Bərabər yaşlanaq gəl, saçlarımın dənləri ol
şübhən olmasın ki, sevdim səni təmiz ruhla
Yəni mənə lazım olan əllərindir bədənin yox
Saçların şərab kimi, içimə çəkib içmiş olarsam
İndi "gəl" deyirəm, sonra gəlsən bitmiş olarsan
Mən ki, sənlə birgə, gələcəyimizi düşünərkən
Sən necə unudub hamısın
Dəyərsiz bir keçmiş olarsan?!
Sənlə oynadığımı düşünürdü içimdəkini bilməyənlər
Çəkib qoxunu sinəyə mən
Nəfəs alıram, həyat qoxan o uzun saçlarında
Mən yazanda məhv oluram, sən necəsən dinləyəndə?
Bir siqaret olub səsimi boğmasan yenə
Bu qədər şey üstündən hələ də, qadın, yoxsan yenə
Baxıb dərin-dərin, gözlərində itsəm
Əssə əllərim, ipək saçlarını qoxlasam yenə
Verirəm eşqi sənə ki, bəzən kini
Olmadım alçaq oynamadım mən sən kimi
Bəzən həyəcandan unudardım deyəcəyim sözü
Dilim dolanardı, yanındaykən aşiq bir sərsəm kimi
Al gəl hər şeyi
Yenidən geri dön
Sən sev, yenə bir dəfəlik
Bil, biz bir ola bilərik
Al gəl hər şeyi
Yenidən geri dön
Sən sev, yenə bir dəfəlik
Bil, biz bir ola bilərik
Ya mən gedim, ya sən gəl, yol boyu mənim izimlə
Sevmirsən, heç deyilsə, səni sevməmə izin ver
Solundan etmə məni, başımı dizindən
Yazmaqdan başqa inan, hеç gəlmir əlimdən
Zəhmət olsa, oxuyarsan, odur ki, zəhmət ola
Sənə yazılan şeirlər var, özgələrinə qismət olan
İçkidən uzağam mən, bu bardaq sözlə dolar
Sevgidə hörmət də, mərifət sözdə olar
İki gözümün günahları bir ömrə bədəl indi
İki gözümü bayaqları bağladım ki, öləm indi
Dikib gözünü yollarına, gələnə qədər sayıqladım
sən heç gəlmədin ki, gеcə-gündüz ay ağladı
Səhərin işıqlarına ehtiyacım yoxdur mənim
Sən onsuz günəşsən ilk işığımsan yəni
Ulduzlara qarışacam mən, göy üzündə ay olmaqçün
budur gedirəm artıq, öz yoluma yəni
Al gəl hər şeyi
Yenidən geri dön
Sən sev, yenə bir dəfəlik
Bil, biz bir ola bilərik
Al gəl hər şeyi
Yenidən geri dön
Sən sev, yenə bir dəfəlik
Bil, biz bir ola bilərik
(Yenə bir dəfəlik)
(Bil, biz bir ola bilərik)



Writer(s): Ali Alasgarov


Ali Ashikar feat. Ali Sh - Səhərin Ilk Işıqları
Album Səhərin Ilk Işıqları
date de sortie
21-06-2016



Attention! N'hésitez pas à laisser des commentaires.