Elmira Rəhimova - Dəniz, Göy, Məhəbbət (feat. İslam Rzayev) paroles de chanson

paroles de chanson Dəniz, Göy, Məhəbbət (feat. İslam Rzayev) - Elmira Rəhimova



Dənizi hədiyyə verirəm sənə
Mən dedim, sən baxdın, sən gülümsədin
Dənizi hədiyyə verirəm sənə
Mən dedim, sən baxdın, sən gülümsədin
Göylərin şəfəqi düşdü üzümə
Mən isə göyləri verirəm dedim
Göylərin şəfəqi düşdü üzümə
Mən isə göyləri verirəm dedim
Ayrıldıq qəribə hədiyyələrlə
Göylər eşqin kimi mənə əzizdir
Ayrıldıq qəribə hədiyyələrlə
Göylər eşqin kimi mənə əzizdir
Ayrıldıq dənizlə, ləpələrlə
Necə aparmazsan? Dəniz dənizdir
Dənizi verdim ki sənə hədiyyə
Gəldiyin sahilə gələsən bir
Məni görməyəndə o mənəm deyə
Mənimlə danışıb güləsən bir
Dənizi verdim ki sənə hədiyyə
Gəldiyin sahilə gələsən bir
Məni görməyəndə o mənəm deyə
Mənimlə danışıb güləsən bir
Əgər görüşməsək, bizə dağ olar
Dedim, neçə dəfə belə dedim mən
Əgər görüşməsək, bizə dağ olar
Dedim, neçə dəfə belə dedim mən
Dəniz sahilinə qayıtmaq olar
Göylərin sahili varmı, dedim mən
Dəniz sahilinə qayıtmaq olar
Göylərin sahili varmı, dedim mən
Ayrıldıq qəribə hədiyyələrlə
Göylər eşqin kimi mənə əzizdir
Ayrıldıq qəribə hədiyyələrlə
Göylər eşqin kimi mənə əzizdir
Ayrıldıq dənizlə, ləpələrlə
Necə aparmazsan? Dəniz dənizdir
Dənizi verdim ki, sənə hədiyyə
Gəldiyin sahilə gələsən bir
Məni görməyəndə o mənəm deyə
Mənimlə danışıb güləsən bir
Dənizi verdim ki, sənə hədiyyə
Gəldiyin sahilə gələsən bir
Məni görməyəndə o mənəm deyə
Mənimlə danışıb güləsən bir
Mənimlə danışıb güləsən bir
Mənimlə danışıb güləsən bir
Yar... aman, ay
Mənimlə danışıb güləsən bir
Mənimlə danışıb güləsən bir
Əzizinəm, aman
Mənimlə danışıb güləsən bir
Mənimlə danışıb güləsən bir
Mənimlə danışıb güləsən bir
Mənimlə danışıb güləsən bir
Bedad, əman




Elmira Rəhimova - İfalar, Vol. 1
Album İfalar, Vol. 1
date de sortie
29-03-2023



Attention! N'hésitez pas à laisser des commentaires.