Elmira Rəhimova - Səadət (feat. Yaşar Səfərov) paroles de chanson

paroles de chanson Səadət (feat. Yaşar Səfərov) - Elmira Rəhimova




Hər gecə, hər sabah gözlərəm səni
Mavi üfüq kimi önündəyəm mən
Hər gecə, hər sabah gözlərəm səni
Mavi üfüq kimi önündəyəm mən
İzlər Günəş dolu gözlərim səni
Hər yerdə, hər zaman səninləyəm mən!
Səadət, Səadət! Səslərəm səni
Səadət, Səadət! Gözlərəm səni
Könüllər vəslini arzular
Adıma nəğmələr yazırlar
Mənimdir gözəllik, məhəbbət!
Səadət, Səadət, Səadət!
Ulduzların sözü-söhbəti sənsən
Göylərə nur çilər Ayla səadət
Ulduzların sözü-söhbəti sənsən
Göylərə nur çilər Ayla səadət
Qönçələrin eşqi, ülfəti sənsən
Körpələrə çalır layla səadət
Səadət, Səadət! Gözlərəm səni
Səadət, Səadət! Səslərəm səni
Könüllər vəslini arzular
Adıma nəğmələr yazırlar
Mənimdir gözəllik, məhəbbət!
Səadət, Səadət, Səadət!
Axtarıram səni mən bu dünyada
Min dəfə keçmişəm sənin yanından
Axtarıram səni mən bu dünyada
Min dəfə keçmişəm sənin yanından
Sən atlı olmusan, mənsə piyada
Görməmisən məni həyəcanından
Səadət, Səadət! Səslərəm səni
Səadət, Səadət! Gözlərəm səni
Könüllər vəslini arzular
Adıma nəğmələr yazırlar
Mənimdir gözəllik, məhəbbət!
Səadət, Səadət, Səadət!




Elmira Rəhimova - İfalar, Vol. 1
Album İfalar, Vol. 1
date de sortie
29-03-2023



Attention! N'hésitez pas à laisser des commentaires.
//}