Elnarə Xəlilova - Dəmir Yumruq paroles de chanson

paroles de chanson Dəmir Yumruq - Elnarə Xəlilova



Qəhrəman anası, başını dik tut
Oğlun bu vətənin keşiyindədir
Vətən anamdır, sən anamsan
Həm onun, həm sənin keşiyindədir
Oğlunun sədası gəlir Şuşadan
Qovub düşmənləri məğrur dayanır
Şuşa məscidinə sancıb bayrağın
O, sənin duanla zəfər qazanıb
Hərbçi, haqq yolun gedən əsgərim
Çıxdığın yol ululardan uludur
Gücün imzasında tarixlər yazan
Dəmir yumruq sərkərdənin qoludur
Sərhədçi, haqq yolun gedən əsgərim
Çıxdığın yol ululardan uludur
Gücün imzasında tarixlər yazan
Dəmir yumruq sərkərdənin qoludur
Sərhədçi atası, gözlərin aydın
Oğlun Zəngəzuru qoruyur bu gün
Artıq yurd həsrəti sona yetişdi
Açıldı 30 il bağlanan düyün
Sərhədçi anası, daha ağlama
Oğlun şəhidlərin qisasın aldı
Rəşadət göstərdi hünərli balan
Düşmən üzərində qələbə çaldı
Sərhədçi, haqq yolun gedən əsgərim
Çıxdığın yol ululardan uludur
Gücün imzasında tarixlər yazan
Dəmir yumruq sərkərdənin qoludur
Sərhədçi, haqq yolun gedən əsgərim
Çıxdığın yol ululardan uludur
Gücün imzasında tarixlər yazan
Dəmir yumruq sərkərdənin qoludur
Sən ey hərbçinin həyat yoldaşı
Gözləri həsrətlə yol çəkən qadın
Qürurlan, igidin xidmətindəsən
Sənə əmanətdir körpə övladın
Qanınla can verdin xarı bülbülə
Sevindi torpağın, sevindi daşın
Qəhrəman şəhidim, nur içində yat
Aldı qisasını döyüş yoldaşın
Hərbçi, haqq yolun gedən əsgərim
Çıxdığın yol ululardan uludur
Gücün imzasında tarixlər yazan
Dəmir yumruq sərkərdənin qoludur
Sərhədçi, haqq yolun gedən əsgərim
Çıxdığın yol ululardan uludur
Gücün imzasında tarixlər yazan
Dəmir yumruq sərkərdənin qoludur



Writer(s): Tural Xudaverdiyev, Yaqut Almaz


Elnarə Xəlilova - Dəmir Yumruq
Album Dəmir Yumruq
date de sortie
04-11-2022




Attention! N'hésitez pas à laisser des commentaires.