Flora Kərimova - Barışacaqsan paroles de chanson

paroles de chanson Barışacaqsan - Flora Kərimova



Dayanıb baxıram
Sənsiz dənizə
Baxıram sahildən
Yuyulan izə
Sənsiz məni sıxır
Qərib axşamlar
Gəl, sənsiz darıxır
Bu mavi sular
Coşan dalğalarda
Göz yaşlarım var
Aman sənsizlikdən
Gəl, məni qopar
Gəl, yapış əlimdən
Biz qoşa gəzək
Unudub hər şeyi
Təzədən sevək
Öyrənə bilmirəm
Sənsizliyi mən
Gəl, bütün dərdlərimi
Unutdur mənə
Onsuz da vaxtsa
Qayıdacaqsan
Dözməyib hicrana
Barışacaqsan
Coşan dalğalarda
Göz yaşlarım var
Aman sənsizlikdən
Gəl, məni qopar
Gəl, yapış əlimdən
Biz qoşa gəzək
Unudub hər şeyi
Təzədən sevək
Coşan dalğalarda
Göz yaşlarım var
Aman sənsizlikdən
Gəl, məni qurtar



Writer(s): Flora Kərimova


Attention! N'hésitez pas à laisser des commentaires.