Flora Kərimova - Təkcə Səni Sevirəm (feat. Telman Adıgözəlov) paroles de chanson

paroles de chanson Təkcə Səni Sevirəm (feat. Telman Adıgözəlov) - Flora Kərimova



Görüm, səni yanasan
Yığdın məni cana sən
Heç səndən baş açmadım
O gün gəldim sizə mən
Qapını döydüm
Açmadım
Qapını döydüm
Bax belə açmadım
Niyə bəs?
Ona görə ki
Fikrin, bilim, haradadır
Gözün orada-buradadır
Kimi gördün, axırsan
Arxasınca qaçırsan
Gələnin üzünə, gedənin dizinə baxırsan
Birinə söz atırsan, kiminə göz vurursan
Birinin üzünə gülürsən, birinin dərdindən ölürsən
Birinə gül göndərirsən
Kül mənim başıma
Harada olursan, bilmirəm
Evə gec gəlirsən
O gün küçədə gördüm
Kim idi, bax kim idi, kim idi, kim idi?
Niyə susub baxırsan
dilindən kilidi, tutduğun işdən utan
Don Juansan, Don Juan
Ay qız, sən deyirsən?
Vallah, illah dəlisən
Yığdın məni cana sən
Necə gülməlisən
Bir yolluq bilməlisən
Biri bizim qonşumuzdur
Biri yoldaşı, hə?
Dostum çox ola bilər
Təkcə səni, sevirəm səni, canım
Eh, bilirəm
Sənə zəng etmək olmur
Məşğuldur telefonun
Ə, vallah, boynuna qoymaq olmur
Buna sözün nədir bəs?
Heç özündən demirsən
Daşsan, yoxsa dəmirsən?
Heç ürəyin yoxdurmu?
Söz verirsən, gəlmirsən
Səbəbini demirsən
Ha, indi deyim?
De görüm
Deyirəm a
Ona görə ki
"Юбка"n dizdən yuxarı
Saçın saçımdan qısa
Dodaqların boyalı
Danışığın ədalı
Dırnaqların caynaqdır
Hələ xasiyyətin oynaqdır
Harada gəldi, gülürsən
dost-tanış bilirsən
qohum tanıyırsan
Günah özündə olur
Hamını qınayırsan
Bir düşün ki, yanıram, az
Səni daşa-divara
Hamıya qısqanıram
Heç insafın yoxdurmu?
Of, qara etdin bəxtimi
Gəl öyrənək, ay maral
Qurtarsın bu qalmaqal
Deyirəm də, bir yerdə olaq
Ha bu qurtarsın
Təkcə səni, sevirəm səni, canım
Bilirəm
Başına dönüm, bilirəm
Qurbanın olum, bilirəm



Writer(s): şəfiqə Axundova


Flora Kərimova - İfalar (Vol. 3)
Album İfalar (Vol. 3)
date de sortie
16-09-2024

1 Təkcə Səni Sevirəm (feat. Telman Adıgözəlov)
2 Bu Qatar
3 Cəfandan Xoşum Gəlir
4 Çəkərsən Həsrətimi
5 Darıxmışam Sənin Üçün (feat. Nadir Qafarzadə)
6 Dalğalar
7 Lirik Mahnı
8 Dalğalar (2016)
9 Dayan, Zaman
10 Günayım
11 Əlvida
12 Gülərəm, Gülsən
13 Görüş
14 Gözləri Yolda Qalan Yar
15 Gəlmədin
16 Saçlarına Gül Düzüm (feat. Mirzə Babayev)
17 Bizi Başa Düşün (feat. Cavan Zeynallı) ["Yollar Görüşəndə" Filmindən]
18 Gecə Yaman Uzundur
19 Sevgi Mahnısı (feat. Cavan Zeynallı) ["Yollar Görüşəndə" Filmindən]
20 Heyranam (feat. Elxan Əhədzadə)
21 Görüş (feat. Cavan Zeynallı) ["Yollar Görüşəndə" Filmindən]
22 ''Alma Almaya Bənzər'' Filmindən Mahnı
23 Ana Muğamı
24 Ay Ana
25 Şirin Arzular (feat. Cavanşir Məmmədov)
26 Azərbaycan
27 Azərbaycanım
28 Bağışla
29 Barışacaqsan
30 Bənövşə
31 Bir Qəribəm




Attention! N'hésitez pas à laisser des commentaires.