Flora Kərimova - Bənövşə paroles de chanson

paroles de chanson Bənövşə - Flora Kərimova



Ötdü quşlar, müjdə verdi bahardan
Yollara çıx gülə-gülə, bənövşə
Lətif sinən uzaq olsun qubardan
Dosta-yara şadlıq dilə, bənövşə
Lətif sinən uzaq olsun qubardan
Dosta-yara şadlıq dilə, bənövşə
Sinən üstə qara xallar düzülmüş
Sinən üstə qara xallar düzülmüş
Göz yaşınmı yanağına süzülmüş?
Göz yaşınmı yanağına süzülmüş?
Deyirlər ki, əlin yardan üzülmüş
Məhəbbətin düşmüş dilə, bənövşə
Məhəbbətin düşmüş dilə, bənövşə
Səhər mehi əl çəkəndə başıma
Hansı gülü, de, çıxardım qarşına?
Mən dözmərəm gözlərinin yaşına
Qərib-qərib durma belə, bənövşə
Mən dözmərəm gözlərinin yaşına
Qərib-qərib durma belə, bənövşə
Yaraşırsan göy çəmənin özünə
Yaraşırsan göy çəmənin özünə
Sən inanma hər naşının sözünə
Sən inanma hər naşının sözünə
Qara xallar çox yaraşır üzünə
Gəl mənimlə ülfət eylə, bənövşə
Gəl mənimlə ülfət eylə, bənövşə
Qara xallar çox yaraşır üzünə
Gəl mənimlə ülfət eylə, bənövşə
Gəl mənimlə ülfət eylə, bənövşə



Writer(s): Elekber Tagıyev, Medine Gülgün


Attention! N'hésitez pas à laisser des commentaires.