Miri Yusif - Gülə-Gülə paroles de chanson

paroles de chanson Gülə-Gülə - Miri Yusif



Sən mənim zümzüməm
Səni sətir-sətir keçmişdən toplayıb çəkdim nəzmə mən
Ritmi tutunca tutdum işarət barmağımı nəbzimə
Bu mahnı bəhs edir sənin al yanağındakı qəmzədən
Heç kim sənə bənzəməz
Sən mənim gözümdən axıb ürəyimə
Alışan ruhuma sarmısan alov
Əlimdə tellərinin ətri, qulağımda səsin girov
Qurusa da fəvvarələr, bir sevgi yaşadıq dəlisov
Dedim sənə "Yaxşı yol"
Getdin, gülə-gülə
Sən elə mən özüməm
Yazılmısan alın yazıma, bəxt ulduzuma, bürcümə
Sənsiz olanda edirəm gündüzü gecəyə tərcümə
Bəlkə, qarşılaşarıq bir çərşənbə axşamı, bir cümə
Darıxmışam hər cürə
Mən sənsiz üzgünəm
Günəşin-yağışın, enişin-yoxuşun mənə fərqi yox
Həyat davamında dayanmaz, çünki fələyin çərxi o
Qurusa da fəvvarələr, bir sevgi yaşadıq dəlisov
Dedim sənə "Yaxşı yol"
Getdin, gülə-gülə
Getdin
Getdin
Getdin
Getdin, gülə-gülə
Getdin
Getdin
Getdin
Getdin, gülə-gülə




Miri Yusif - Luna
Album Luna
date de sortie
27-10-2024




Attention! N'hésitez pas à laisser des commentaires.