Nadir Qafarzadə - Sevirəm Səni paroles de chanson

paroles de chanson Sevirəm Səni - Nadir Qafarzadə



Gözlərim əbədi gözünə həsrət
Qulağım bir şirin sözünə həsrət
Özüm bu dünyanın özünə həsrət
yaxşı sən varsan, sevirəm səni!
Bilmirəm, gözlərin necədir sənin
Saçların bir zülmət gecədir sənin
Bilmirəm yaşını neçədir sənin
yaxşı sən varsan, sevirəm səni!
Dünya dağılmaz ki sən mənim olsan!
Gəlib ürəyimi, könlümü alsan
Dünya dağılmaz ki sən mənim olsan!
Gəlib ürəyimi, könlümü alsan
Bəlkə bir xəyalsan, şirin röyasan?
Bəlkə bir xəyalsan, şirin röyasan?
yaxşı sən varsan, sevirəm səni!
yaxşı sən varsan, sevirəm səni!
Sən haradan gəlirsən, yolun haradır?
Bəlkə ürəyin, qəlbin yaradır?
Bəlkə taleyintək saçın qaradır?
yaxşı sən varsan, sevirəm səni!
Sənə olan sevgim könül səsimdir
Bir xəzan çağında dağ həvəsimdir
Bilirəm, sən varsan, mənim bəsimdir
yaxşı sən varsan, sevirəm səni!
Dünya dağılmaz ki sən mənim olsan!
Gəlib ürəyimi, könlümü alsan
Dünya dağılmaz ki sən mənim olsan!
Gəlib ürəyimi, könlümü alsan
Bəlkə bir xəyalsan, şirin röyasan?
Bəlkə bir xəyalsan, şirin röyasan?
yaxşı sən varsan, sevirəm səni!
yaxşı sən varsan, sevirəm səni!
yaxşı sən varsan, sevirəm səni!
yaxşı sən varsan, sevirəm səni!



Writer(s): Baba Vəziroğlu, Səadət Arifqızı


Attention! N'hésitez pas à laisser des commentaires.