Okaber - Qanqa paroles de chanson

paroles de chanson Qanqa - Okaber



Bu qədər dözmüsən, daha dözmə,
sənə gələ bilirəm, nədə ki, özümə.
Sanki şeytanam halımıza gülürəm,
Mən yuxularda tez-tez ölürəm.
Neçə tanışı elə bildim qardaşdı,
Neçə xanımın hesabını verib sağollaşdım.
Neçə qəlbi yaralayıb, deşmişəm,
Mən yoxluqlara öyrəşmişəm.
Amma sən olsaydın, yəqin qalmazdım mən outside
Hədəfləri lazımdı zamanında vurasan,
Qəlbi gərək vaxtında qırasan.
Gecədən yazaram, yazaram səhərdən
Gözlərindən küsərəm, gedərəm şəhərdən
Gəl otur qəhərlənmə, yenə sərxoşam,
Amma sən zəhərlənmə.
Bir gün elə bu ipdən boğazım asılar,
Ölsəm Qurdlar, gələr yasıma.
Aləmə it, mənə çaqqal gəlib hürər,
Anlamır mən bu gün Araz, sabah Dəli Kürəm.
Hər sətrim qadağan taboodu,
Bizi məhv edən sevgi cadudu
budur yoxdu artıq,
Hündürə qaldırın Karabinin tabutunu.
Ma ma ma mofuck′a həyatdı bu,
Ömrün təzəsini ver, boyatdı bu.
Bu qədər yükün altına girməzdim,
Əgər yatacaqdısa hər oyatdığım.
Bro, hər şeyi at deyirlər,
Mənə Okaberdən çox Ustad deyirlər.
Qanqa xatirələri, bu sadəcə həyatdı,
Gözlərini yum, sakitcə yat deyirlər.



Writer(s): Orxan Mustafazadə, Ruben Parrilla


Okaber - Qanqa
Album Qanqa
date de sortie
01-09-2016

1 Qanqa




Attention! N'hésitez pas à laisser des commentaires.