PRoMete - 14 paroles de chanson

paroles de chanson 14 - PRoMete



Biz nəyin axtarışındayıq görən?
Bu illər öyrədir ya nələr alır bizdən?
Uşaqlıq oyunlarımız oyunlardan reala dönür
İndi həyat məcbur edir, deşik axtar qaç-gizlən!
qalacaq bizdən izlər,
Ya da özünə qapanıb içini boşalda bilməyən sözlər?
Mən 11 ildi qələmə dostam
onbir ildi boşdur poçtam
Yazıram cavab gəlmir
Mən axtarışdayam
qarışda onu tapacağımdan əmin idim
Amma yaş keçdikcə ümidim itir
Labirintlər ortasındayam sözüm iti gündən gunə faydası
Öyrədin qaydasını
Bəlkə həyat adlanan komediyada mən rol aldım
(Nəqarət: PRoMete)
Qaçacam özümdən
Gizlənəcəm o ağacın kolgəsində
O ağacı özüm əkmişəm
Ya da çəkmişəm
Sonra silmişəm
Siz həyatı ciddiyə aldıqca
Mən oyun bilmişəm
İkiləşmişəm
Bir tərəfim bağçaya gedəndə
Bir tərəfim gedib işə
Mən ən çox özümə gülmüşəm
PRoMete)
İllərin qazandırdığı qırışlardır
Başqa heç
Olmur bu zolağları
Qırışlarsız keçmək
Hər dəfə çətinliyə düşdükcə fikirləşirsən köçmək
Amma dəyişəcək ki bu köçlə
Qaça biləcəksənmi əsas köçdən
Həyat çapar biz köhlən
Gündən günə köhnəl köhnəl
Qədir ağacının meyvəsini yeyir kimlər ki
Sən ümid edirsən
Yenə yığışmısan
Sən yenə hara gedirsən?
(Nəqarət: PRoMete)
Qaçacam özümdən
Gizlənəcəm o ağacın kolgəsində
O ağacı özüm əkmişəm
Ya da çəkmişəm
Sonra silmişəm
Siz həyatı ciddiyə aldıqca
Mən oyun bilmişəm
İkiləşmişəm
Bir tərəfim bağçaya gedəndə
Bir tərəfim gedib işə
Mən ən çox özümə gülmüşəm



Writer(s): Vusal Beat Pro


PRoMete - 14
Album 14
date de sortie
14-02-2011




Attention! N'hésitez pas à laisser des commentaires.