PRoMete - Xoxan paroles de chanson

paroles de chanson Xoxan - PRoMete



Söndü işıqlar, qaranlıq, qulaqda hənirti
Bayırda dolunay, ulduz altında gəzinti
Arxaya baxmaq qorxusu, "birdən olar kimsə"
Sakitçilikdən qulaqda eşidilən döyüntü
Heç kəs görünmür yaxın radiusda
Ayağı yerə basmaq lazımdır asta-asta
Beyində paranoyak suallar, "Niyə çıxdım bayıra?!"
Çiyinə dəyən əl, geriyə dönüş pauza
Hər addımda doludur həyat bu cür əcaib səhnələrlə
Beləcə keçir ömür, gedir günlər gizli-gizli dəqiqələrlə
Çox uzaqda bizdən hələ ki, həyat sirrləri
Boynumuzda gəzirik ölümün kəndirləri
Ama ölüm qədər qorxduğumuz uydurma xoxanlar,
Qondarma inanclar sonumuza çıxanda
"İt getdi, ip getdi" deyib vurarıq başımıza
Təəssüf edib keçən illərə yaşımıza
Uçur raketlər, süni peyk, yeni planetlər
Pandemiya, bioloji, kimyəvi elementlər
Riyazi təhlillər, iqtisadi araşdırma
Siyasi məsələlər, kütləvi qarşıdurma
Axtarılır xərçəngin dərmanı, Marsda su
Qidanı əvəz edə biləcək okeanik yosun
Dəyirmi masalarda orda cihaz, bizdə domino
Zarafat səviyyəmiz əməliyyatı, bir mimino
İşimiz gücümüz - Nədir batil? Kimdir qatil?
Odur ki, nəticə hasil edə bilmir ağlı kamil olan heç kəs bu xarabada
Qara-bazar qaydaları TV, radio, mediada
Hoppanıb düşüblər bizim damımıza
Nallıyaraq hamımıza
Dramatik kinoyla ağlaşmaqdansa, komediyayla gülün siz halımıza
Sus, dinmə, yoxsa tapılar iynə sancan yanımıza
Qorxu oturub artıq neçə ildir qanımıza



Writer(s): Pərviz Isaqov, Tone Jonez


PRoMete - Xoxan
Album Xoxan
date de sortie
11-12-2014

1 Xoxan




Attention! N'hésitez pas à laisser des commentaires.