Qaraqan - Külək Dəyirmanları paroles de chanson

paroles de chanson Külək Dəyirmanları - Qaraqan



İllər alır əlimizdən ən yaxın dostları
Çevrilib görəndə oların tələlərin torların.
Ən yaxın adamlar sancanda belinə qardaş bıçağı
Onların vicdanı itib altında tozların.
İzləri silir dəniz sahilindən, saatlar,
Zaman acgöz bir məxluq hər kəsi yeyib rahatlar
Mənasız söhbətlər aşağılayan zarafatlar.
Çevirir içi boş, dayaz şüşəyə onların gözlərin
İllər alır əlimizdən ən təmiz qızları
İllər dəyişir onları dəyişir bizləri
uzun vaxtdı Tanrı qarşısında çökmür
Artıq sağalıb yarası dizlərin artır yarası qəlbin.
Yarasa qəlbli çaqqal ruhlu insanlar şəhəri
Bakı torpağından yığır bütün ilanlar zəhəri
bu qədər ədalətsiz bir dünyada birdən
Görürsən ən yaxınlar səni çirkli pula dəyişir
Mən, qılıncım qələm, qalxanım kağız - küləy dəyirmanına qarşı
Mən bəlkə dəli, çünki bu döyüş bitməyəcəy qədər dünya fırlanır.
Qılıncım qələm, qalxanım kağız,
bilirəm xeyri yo-ho-ox
Bu döyüşün əvvəli sonu yo-oh-ox, Ohhoo! Ohhoo!
Mənim etiraf otağım - səsyazma studiyası, mikrafon
Tanrıyla ən səmimi ünsiyyətim bu aqressiv flou
Ay Allah, bəlkə bu hələ başlanğıcdı? Bilmirəm!
Bəlkə həppi endlə bitəcəy sonunda kino.
Arlekino, biz marionet oyuncaq, iplər, saplar
Maaş, ailə, kredit, faiz, vaxtımız, hesablar
Bizi idarə edir bu kapitalizm
Bəlkə ondan almalıyıq intiqam insanlardan yox günahkar
Yeni maska üzlər altında da var yüz cür astar
Bu maskaradda taxılır üzlər üzə altı maska
Mən isə bu məclisdə səhnədəyəm bir sifətlə
Elə budur təhlükə! Elə budur ən qanlı üsyan!
Burulğan tək həqiqət xəstəliyi yayılır şəhərə
Belə getsə bir yalançı əclaf qalmaz səhərə
İşıq qədər təkdi söndürün, qoymayın yayılsın.
Bir neçə şam belə ölümcül silah qələbə zülmətə.
Mən, qılıncım qələm, qalxanım kağız - küləy dəyirmanına qarşı
Mən bəlkə dəli, çünki bu döyüş bitməyəcəy qədər dünya fırlanır.
Qılıncım qələm, qalxanım kağız,
bilirəm xeyri yo-ho-ox
Bu döyüşün əvvəli sonu yo-oh-ox, Ohhoo! Ohhoo!
Mən bilirdim ki, yolun sonuna qalacam artıq tək,
qalxa biləcəy ən hündür dağlara üç-dörd adam
Mən qürur duyuram çiyin-çiyinə ruhu bərk əsgərlər
Hansımız yıxılsaq da olacaq qaldıran, dartan
Bu qarlı tufanlı sıldırımlar arasında
Biz qalxırıq ən hündür nöqtəyə son damla qanla
artıq qalxıb duranda ən hündür zirvədə
Görürük bura yamacdı yuxarıda yüzlərlə dağlar
Mən, qılıncım qələm, qalxanım kağız - küləy dəyirmanına qarşı
Mən bəlkə dəli, çünki bu döyüş bitməyəcəy qədər dünya fırlanır.
Qılıncım qələm, qalxanım kağız,
bilirəm xeyri yo-ho-ox
Bu döyüşün əvvəli sonu yo-oh-ox, Ohhoo! Ohhoo!



Writer(s): Elxan Zeynallı


Qaraqan - Compilation


Charger plus...



Attention! N'hésitez pas à laisser des commentaires.