Rüzgar - Əlimdən Tut Bərk paroles de chanson

paroles de chanson Əlimdən Tut Bərk - Rüzgar



Nəfəsim kəsilir, burda küləklər əsmir.
Toxunmaq olur sənə, amma məni qucaqlamır rəsmin.
Heç olmasa bir söz denən, sənsiz bacarmıram daha gəl.
Kaşki bilsən sənə qədər ehtiyyacım var, daha gəl.
Yenə məni sev,
Dərindən hiss et.
Yenə məni sev,
Mənim yarım hissəm.
Əlimdən tut bərk bərk bərk bərk bərk bərk
Əlimdən tut bərk bərk bərk bərk bərk bərk
Əlimdən tut bərk bərk bərk bərk bərk bərk
Əlimdən tut bərk bərk bərk bərk bərk bərk
Bəlkə onun ürəyində var məndən başqa biri
Görəsən oda məni düşünürmü?!
O mənim yanağıma süzülən saf yaşdan biri.
(Gəl sənin üçün çox darıxıram, gəl gəl gəl gəl)
Hər nədənsə təsəlli tapanda mən ona güc verib üfürdüm hər ikimizə.
Sən sakitləşdirici həb kimisən.
Sən kimsən? Çarəsiz dərd kimisən.
Bütün hisslərin daşa dönüb, bərkimisən.
Eyni mən kimisən, daxilən zəif ama bərk görünürsən.
Yanımda qalardın, buruq saçlarını qollarıma sərib darıyardım.
Gecə bürünüb zülmətə gəlsən belə
Yenə hiss edib qoxundan səni tanıyardım.
Dejavu. Ard - arda
Davam edir getdikcə ard-arda
Denən hardaydın, sən gedəndən bəri özümü itirmişəm,
Inan özümdə bilmirəm hardaydım.
Sözün düzü,
Mənə sənsiz hərşey çətin gəlir.
Dolu dərd yağır üstümə göydən,
Mənə məni sona qədər qoruyan bir çətir gərək.
Bunu yazana qədər nələr çəkir qələm.
Neçə il, neçə ay,
Neçə gün belə məni tək gözləsən də, geri çətin gələm.
Bunu çətin görərsən, çəkil görək.
Ağlama, sakitləş,
Makyajın yanağına dağılır axı.
Düzü hər dəfə başlanğıc yaxşı olur
Sonra pis günə düşür hərşey axıra yaxın.
Çox darıxıram, kömək elə gücsüzəm, sənsiz bacarmıram qəti
Daha bu axın məni yıxıb keçir, çox yorğunam
Təsəlli vermiyin gedin, məni rahat buraxın.
Yenə məni sev,
Dərindən hiss et.
Yenə məni sev,
Mənim yarım hissəm.
Əlimdən tut bərk bərk bərk bərk bərk bərk
Əlimdən tut bərk bərk bərk bərk bərk bərk
Əlimdən tut bərk bərk bərk bərk bərk bərk
Əlimdən tut bərk bərk bərk bərk bərk bərk




Rüzgar - Sərt Əsinti 3




Attention! N'hésitez pas à laisser des commentaires.