Ədalət Şükürov - Ağ Göyərçinim paroles de chanson

paroles de chanson Ağ Göyərçinim - Ədalət Şükürov



Vurğunuyam dağ-dərənin
Gördüyüm hər mənzərənin
Qarşısında pəncərənin
Dənlənirdi bir göyərçin
Əllərini uzatdıqca
Xoş ünsiyyət yaratdıqca
Su verdikcə, dən atdıqca
Sevinirdi bir göyərçin
Uçdu hara göyərçinim?
Bəxtiqara göyərçinim
Uçdu getdi, qayıtmadı
Qayıtmadı göyərçinim
Könlüm onu unutmadı
O, könlümü ovutmadı
Uçdu getdi, qayıtmadı
Qayıtmadı göyərçinim
Gözəlliyi harasında?
Gözlərinin qarasında
Buludların arasında
Gizlənirdi bir göyərçin
Uzaqdan atmasaydılar daş
Gözlərində olardımı yaş?
Bu sevgiyə yavaş-yavaş
Öyrənirdi bir göyərçin
Uçdu hara göyərçinim?
Bəxtiqara göyərçinim
Uçdu getdi, qayıtmadı
Qayıtmadı göyərçinim
Könlüm onu unutmadı
O, könlümü ovutmadı
Uçdu getdi, qayıtmadı
Qayıtmadı göyərçinim
Uçdu hara göyərçinim?
Bəxtiqara göyərçinim
Uçdu getdi, qayıtmadı
Qayıtmadı göyərçinim
Könlüm onu unutmadı
O, könlümü ovutmadı
Uçdu getdi, qayıtmadı
Qayıtmadı göyərçinim




Ədalət Şükürov - Ağ Göyərçinim - Single
Album Ağ Göyərçinim - Single
date de sortie
04-07-2021




Attention! N'hésitez pas à laisser des commentaires.