Nəsimi Məmmədov - Xoşbəxt Baba текст песни

Текст песни Xoşbəxt Baba - Nəsimi Məmmədov




Mən elə bilirdim qabaq övlad payı şirindir
Nəvəm olandan sonra mən başa düşdüm indi
Qız olsun, oğlan olsun hər ikisi ləzzətlidir
Mənimçün onların iyi güldən təravətlidir
Xoşbəxt atayam, xoşbəxt babayam
Nəvələrimin yanındayam
Xoşbəxt atayam, xoşbəxt babayam
Balalarımın yanındayam
O qədər şirin deyirsiniz "baba, baba, can baba"
Boyunuza qurban baba, səsinizə qurban baba
istəsə, baş üstə, nəvəm gözləyə bilməz
Onlara mənim yanımda kimsə söz deyə bilməz
Xoşbəxt atayam, xoşbəxt babayam
Nəvələrimin yanındayam
Xoşbəxt atayam, xoşbəxt babayam
Balalarımın yanındayam
Sağ-salamat bitirəsən bir gün ali məktəbi
Sənə bir dənə toy eləyək el adəti, el dəbi
Mən sənin toyunda durum yuxarı başda
Lazım olsa, tərəkəmə oynayaram bu yaşda
Xoşbəxt atayam, xoşbəxt babayam
Nəvələrimin yanındayam
Xoşbəxt atayam, xoşbəxt babayam
Balalarımın yanındayam
Xoşbəxt atayam, xoşbəxt babayam
Nəvələrimin yanındayam
Xoşbəxt atayam, xoşbəxt babayam
Balalarımın yanındayam
Nəvələrimin yanındayam





Внимание! Не стесняйтесь оставлять отзывы.