Akif İslamzadə - Özünə Qurbanam текст песни

Текст песни Özünə Qurbanam - Akif İslamzadə



Demişdin: "Yaz gəlsin", yaz gəldi, ay qız
Söyüdlər sulara kölgə saldı
Çiçəklər açıldı, göyərdi yarpız
Verdiyin vədələr harada qaldı?
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar!
Yaz qurtarır artıq, dinmirsən nədən?
Axı söz vermişdin, əhdimiz var
Dözə bilməyirəm, darıxıram mən
Sevindir qəlbimi, ey gözəl yar
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar!
Verdiyin vədəyə əməl et, barı
Birləşsin arzumuz, ürəyimiz
Payızda eyləyək toyumuzu biz
Hiss et qəlbimdəki duyğuları
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar!



Авторы: Andrey Babayev, ənvər əlibəyli


Akif İslamzadə - İfalar, Vol. 1
Альбом İfalar, Vol. 1
дата релиза
04-08-2022




Внимание! Не стесняйтесь оставлять отзывы.