Ali Ashikar - Natamam текст песни

Текст песни Natamam - Ali Ashikar



Səni ilk dəfə görəndə anladım ki, mən
Sevəndə ürəyim necə döyünür
Mən tən olan ömrümü tamamlamaqçün
Yanına gəldim sənlə böldüm
Sənlə gördüm mən həyatın hər üzünü
Təmiz qalan ancaq ikimiz idik
Birləşib önümüzə çıxan hər əngəldə
Sağ qalanlardan biri biz idik
Qaranlığıma günəş olduğun gündən
Zülmət buralara düşmür daha
Əllərin əlimdə olduğu gündən
Buz əllərim mənim üşümür daha
Xətrinə dəyəndə yata bilmirdim
Əsəbdən gecələr olurdu haram
Əqrəb dönürdü, donurdu zaman
Buludlarını gecə qovurdu səma
Tapa bilmərəm mən özümü, sən olmasan
Güzgülər üzümə baxmaz mənim
Usanmaram sənə baxmaqdan
Gəl, ümidini üzmə bu axmaqdan
Mən rahat oluram sənin qollarında
Sənin ürəyin evimdirsə, ürəyim evindir
Ala bilmədim mən bəlkə hədiyyələr
Amma sən olsa, həmişə sevindin
Ne etsək də, biz bir bölüşürük
qismət olar bizə bir qocalmaq
Eyni gəmilərdə, eyni yelkəndə
İstərəm səninlə bir yol olmaq
Unuduram hər şeyi, ən pis günləri
Sən güləndə, biz bir olanda
Gizlət mahnımı hər kəsdən
Saxla özündə sirr onlardan
Bir gedək uzaqlara, gəl tut mənim əlimdən
Nəfəsinin istisini hiss edim ən dərində
Gülləri toplayaraq yollarına sərim mən
Varam bu həyatda hər şeyə mən səninlə
Bir gedək uzaqlara, gəl tut mənim əlimdən
Nəfəsinin istisini hiss edim ən dərində
Gülləri toplayaraq yollarına sərim mən
Varam bu həyatda hər şeyə mən səninlə
Mən səndən güc alıram, bil
Sən olmasan, mənim ömrüm bitər
Tək mən sənlə bir oluram
Sən getmə ki, bu sevgi ikimizə yetə
Birdən-birə dəyişdi hər şey
Özüm bilmədim kimdir günahkar
Kimdir səbəbkar olub bitənlərə
Heç bilmədim ki, kimdir riyakar
Gözüm kordur, qulağım kar
Görüb eşitmədən səni bəstələdim mən
Sən sevgini anlamasan belə
Ömrümü tək sənə həsr elədim mən
"Gün gələr, hər şey düzələr" deməklə
İnan ki, hər gün səhv elədim mən
Azadlığını əlindən aldım
Bir qəfəsdə səni həbs elədim mən
Tut əlimdən, birgə uzaqlara gedək ki
Yad qalaq ən pis anlara
Gizlənək hər kəsdən, güzgüdən
Göstərməyək özümüzü gəl biz onlara
Ağ-qara görünən dünyanı rəngləmək olsaydı
Kaş ki fərqli tonlara
Fərqli sonlarla bitərdi həyat
başlaya bilərdi yeni sezonlara
Yenidən geri dönə bilsəm kaş
Başlaya bilsəm hər şeyə yenidən
Yenidən gələ bilsəm dünyaya
Bir səni tapardım inan ki, yenidən
Yenidən yeni günlərə ümidim yox
Var gümanım sonlara yenidən
Yenidən məni yerdən qaldırdın
Yelkənlərə küləyəm yenidən
Bir gedək uzaqlara, gəl tut mənim əlimdən
Nəfəsinin istisini hiss edim ən dərində
Gülləri toplayaraq yollarına sərim mən
Varam bu həyatda hər şeyə mən səninlə
Bir gedək uzaqlara, gəl tut mənim əlimdən
Nəfəsinin istisini hiss edim ən dərində
Gülləri toplayaraq yollarına sərim mən
Varam bu həyatda hər şeyə mən səninlə



Авторы: Remzi Elizade, Eli Elesgerov


Ali Ashikar - Natamam
Альбом Natamam
дата релиза
20-09-2020




Внимание! Не стесняйтесь оставлять отзывы.