Ali Ashikar - Nələr Aldı Səni?! текст песни

Текст песни Nələr Aldı Səni?! - Ali Ashikar



köhnə biz qalıb artıq, kölgə iz salır üzdə
körpə bir baxışın yadıma düşür, ki, o gözlər
incə əllərin isidir, yazın yazıma bir izdir
həmin küçədəyəm indi, yolun döngəsi bizlik
gedən gəlmədi heç, biz gözləmdik
gedən gəlmək istədi, biz "gəlmə" dedik
qədir bilən olduq, bilmək istəmədik
qədər düzünü yazdı, biz "düzdür" dedik
"Nə gözəl üzdü" dedik söz gölündə öz gəmimiz
özəl günlər idi, sən təmiz xatirəmiz
sətirlər düzüldü keçib içərdə qəlbə səlis
liman gözümə dəyir, dəniz eyni dəniz
əlin duzudur indi, evin ocağı yanır
evin bərəkəti var, evin çörəyi qalıb
xeyrin gecəsidir bu, şərin gündüzü nur
ərin salam-ını alır yar, yarın sağol-u qalıb
ətirli zərflər qoxur onuntək, əlləritək
əllərin öyrəşər başqa bir ələ mənim əlimtək
qədər yazsa yazarlar, yaza bilməz mənimtək
yalanlar danışdıq bir-birimizə ölkəmiztək
çayın dadı qalıb indi, şüşəyə dəyən yağışın
fəsillər dəyişdi, o son baxışın
otaq sən qoxur indi, yeri doldu balışın
ağlasam, olmur indi, gülmək mənə yaraşır
sənlə olmadıq biz, səndən olmadı
xeyirlisi oldun, səndən olmadı
desəm, olmadı heç, dedin, olmadı ki?
"özünə yaxşı bax" dedin, mən baxa bilmədim
sən başımda durdun, mən xəstələndim
biz bir araya gəldik, güllər dəstələndi
ömürlük mənə qaldı imzanda dəsti xəttin
deyim, kimə səndən danışım?! Bu da qara bəxtim
Nələr aldı səni məndən?
Nələr apardı?
Nələr ayırdı?
getdin gedən kimi
qalmadın
Niyə qalmadın axı?
Nələr aldı səni məndən?
Nələr apardı?
Nələr ayırdı?
getdin gedən kimi
qalmadın
Niyə qalmadın axı?
Nələr aldı səni məndən?
getdin gedən kimi
Niyə qalmadın axı?
Nələr aldı səni məndən?
Nələr apardı?
Nələr ayırdı?
getdin gedən kimi
qalmadın
Niyə qalmadın axı?
Nələr aldı səni məndən?
Nələr apardı?
Nələr ayırdı?
getdin gedən kimi
qalmadın
Niyə qalmadın axı?



Авторы: Ali Alasgarov


Ali Ashikar - Nələr Aldı Səni?!
Альбом Nələr Aldı Səni?!
дата релиза
08-12-2016




Внимание! Не стесняйтесь оставлять отзывы.