Ali Ashikar - Xəyalən текст песни

Текст песни Xəyalən - Ali Ashikar



Qələmim gözəl yazır, mürəkkəbinə sən qarışdın
Sənin üçün açan gülün torpağına da mən qarışdım
Bu evin hər küncü mənimlə birgə tənhalaşdı
Məni tərk etmədin sən, sadəcə vidalaşdın
Qova bilmədim ətrini neçə ildir ki, yatağımdan
Sonunda qovdu məni xatirələr otağımdan
o gün bu gündür ki, rəsimlərdən üzü gülürdü
Son üzüntüm sən idin, daha heç nəyə üzülmürdüm
Soruşanlara deyim mən?
qədər gözləyəcəm?
(Nə qədər?)
Mənə bir cavab de!
Bir iki damla göz yaşı tökdün, mənəmmi cavabdeh?
Təbiət ağlayır gəl, gəl indi cavab ver!
Gülümsədim, bilirəm, günah məndədir
Mən sənə bir parça ümid, sən mənə ömür verdin
Deyəsən eşq sən idin, gedişindən bəlli idi
Mən axrı olmayan bu heykayənin əvvəli idim
O yaşlı gözlərini tərk edər zaman
Qadınım unudular, ağlamaz, amma
Düşünmədən şəhəri tərk edərdim, inan
Sənin üçün
Dərk edər zaman
Ayrılıq unudular, ağlatmaz, amma
Zamansız ayrılığa bəlkə-lərdir səbəb
Bizim üçün
Zamansız ayrılığa bəlkə-lərdir səbəb bəlkə
Külək bizi dağıtmazdı, zəif olmasa idi yelkən
Bəlkə bir az ərkən vidalaşdıq
Mən sənə "gedək" deyə əlimi uzatdım, sən isə sağollaşdın
Yağış da sözümə baxmır, üstüm başım yaşdır
Çoxdandır bir əyyaşdır sevdiyin, dəli deyirlər
İncimirəm, məndən olsa, danışmazdım sevgi haqqında
Hərkəs məndən eşitmək istəyir, dəli olsam
Dəridə olsa canım, inan ki, soyardım
Biri mənə bunu "yuxu" desin, sən gəl oyandır
Oyanıb özümə baxıb səni görəndə güzgüdə
Üzünü bağla, göz yaşını göstərməsin güzgülər
Bir nağıl de, içində sehir olsun
Bizdən ailə olsun, qızımız pəri doğulsun
Bilirəm xəyaldır bu, hər olur olsun
O balaca əllərində hər ikimizin qəlbi olsun
O yaşlı gözlərini tərk edər zaman
Qadınım unudular, ağlamaz, amma
Düşünmədən şəhəri tərk edərdim, inan
Sənin üçün
Dərk edər zaman
Ayrılıq unudular, ağlatmaz, amma
Zamansız ayrılığa bəlkə-lərdir səbəb
Bizim üçün



Авторы: Ali Alasgarov


Ali Ashikar - Xəyalən
Альбом Xəyalən
дата релиза
17-08-2016




Внимание! Не стесняйтесь оставлять отзывы.