Текст песни Bu Necə Sevgidir - Eldar Mansurov feat. Almaz Ələsgərova
Haradasan, yar? Bilmirəm ki
Bu, nə eşqdir, necə sevgi?
Demə, sənsiz ölmürəm ki
Ürək daha dözə bilmir
Əzabların mənə qaldı
Eşqin dili yenə laldır
Məni həsrət nişan aldı
Düşüb hansı izə, bilmir
Səninlə bir gün yenə
Bəlkə görüşdüm
Səninlə bir gün
Kimin oduna düşdü
Səninlə bir gün yenə
Bəlkə görüşdüm
Səninlə bir gün
Kimin oduna düşdü
Qorxuram ki, ömür sönə
Ümidlərim külə dönə
Sən ömrə bax, bircə dənə
Tər çiçəyi üzə bilmir
Yuxu gördüm, yarım gəlib
Göy üzün yarıb gəlib
Bütün dünya axıb gəlib
Bu yuxunu yoza bilmir
Dolandı bir il
Yenə bahar, yaz oldu
Dolandı bir il
Bəlkə yuxum yozuldu
Dolandı bir il
Yenə bahar, yaz oldu
Dolandı bir il
Bəlkə yuxum yozuldu
Əzabların mənə qaldı
Eşqin dili yenə laldır
Məni həsrət nişan aldı
Düşüb hansı izə, bilmir
Səninlə bir gün yenə
Bəlkə görüşdüm
Səninlə bir gün
Kimin oduna düşdü
Dolandı bir il
Yenə bahar, yaz oldu
Dolandı bir il
Bəlkə yuxum yozuldu
Səninlə bir gün yenə
Bəlkə görüşdüm
Səninlə bir gün
Kimin oduna düşdü
Dolandı bir il
Yenə bahar, yaz oldu
Dolandı bir il
Bəlkə yuxum yozuldu
Внимание! Не стесняйтесь оставлять отзывы.