Текст песни Sən Getsən - Eldar Mansurov feat. Aqşin Abdullayev
Sən getsən, qaralar bəyaz gecələr
Belədən-beləyə əsər küləklər
Arılar şanını tapa bilməzlər
Dünyam alt-üst olar, sən getsən əgər
Sən getsən, qaralar bəyaz gecələr
Belədən-beləyə əsər küləklər
Arılar şanını tapa bilməzlər
Dünyam alt-üst olar, sən getsən əgər
Sən getsən, çaylara baxa bilmərəm
Gözümün yaşını aparar aylar
Sən getsən, göylərə baxa bilmərəm
Mənim ürəyimi qoparar onlar
Nə güllər, bülbüllər bahar gətirməz
Getsən, göy qurşağı sönər, ağ olar
Çölüm özgələri, içim özümü yandırar
Yandırar, yanar dağ olar
Sən getsən, gedərəm uçurumlara
Ələnər üstümə dünyanın qarı
Sən getsən, sən getsən, gedərsən hara?
Hara gedərsənsə, gələrəm ora
Sən getsən, çaylara baxa bilmərəm
Gözümün yaşını aparar aylar
Sən getsən, göylərə baxa bilmərəm
Mənim ürəyimi qoparar onlar
Mənim ürəyimi qoparar onlar
Внимание! Не стесняйтесь оставлять отзывы.