Текст песни Bahar Bir Yol Olur Ömür Bağında - Eldar Mansurov feat. Aygün Bəylər
Hər kəs bu məkanda vaxt sorağında
Görər yuxularda doğmalarını
Hərənin bir istək axar qanında
Götür-qoy etdikcə günahlarını
Cavabı olmalı hər bir sualın
Yazıq o qəlbə ki, burada ayılar
Anlayın, övladı məhbus olanın
Analı-atalı yetim sayılar
Tanrım beyinlərin silə pasını
Hər yerdə gözəllik çağlaya bilə
Hər kəs bu dünyada öz qapısını
Özü aça bilə, bağlaya bilə
Hər kəsin niyyəti Tanrıya bəlli
Tamah beyinləri dumanlatmasın
Zəifə güc gələr şeytan əməli
Heç kəs bu həyatda məhbus yatmasın
Ömrə ləkə salan qara izlərə
Yanlış əməllərə əlvida deyin
Sizləri həsrətlə gözləyənlərə
Vicdanın səsiylə bağışla deyin
Ay, Tanrım beyinlərin silə pasını
Hər yerdə gözəllik çağlaya bilə
Hər kəs bu dünyada öz qapısını
Özü aça bilə, bağlaya bilə
Bahar bir yan alır ömrün bağında
Nə güllər soldurun, nə zindan görün
İsinin sevginin od-ocağında
Nişanlar aparın, qızlar köçürün
Внимание! Не стесняйтесь оставлять отзывы.