Eldar Mansurov - Azərbaycan Süfrəsi текст песни

Текст песни Azərbaycan Süfrəsi - Eldar Mansurov feat. Mirzə Babayev



şəhərdə, kənddə
Fərq bilinməz, bir çələng
Burada hər cür nemətdən
Əvvəl gələr duz, çörək
Sonra nanə şərbəti
Kəklik əti, quş südü
Belə başlar bu bəhsi
Azərbaycan süfrəsi
Belə başlar bu bəhsi
Azərbaycan süfrəsi, hey
Saqi durub süzər mey
Aşıq köklər sazını
Ev yiyəsi çəkər hey
Qonaqların nazını
Bozartmadan dad bir az
Sarımsaq da qat bir az
Əzizləyər hər kəsi
Azərbaycan süfrəsi
Əzizləyər hər kəsi
Azərbaycan süfrəsi, hey
Qanlı-qanlı kababdan
Şərab kimi qan axar
Yarpaq-yarpaq qutabdan
İştahalanar qonaqlar
Yeddi löyün gələr
Hər löyünü xoş gələr
Heyran qoyar hər kəsi
Azərbaycan süfrəsi
Heyran qoyar hər kəsi
Azərbaycan süfrəsi, hey
Məclisin lap sonunda
Paxlavası neçə lay
Şəkərbura yanında
Armududa dəmli çay
Hamı istər, evinə
Qonaq gələ, sevinə
Qonaq gözlər hər kəsi
Azərbaycan süfrəsi
Qonaq gözlər hər kəsi
Azərbaycan süfrəsi
Qonaq gözlər hər kəsi
Azərbaycan süfrəsi
Qonaq gözlər hər kəsi
Azərbaycan süfrəsi, hey



Авторы: Eldar Mansurov, Eyvaz Borçalı


Eldar Mansurov - Eldar Mansurovun Mahnıları
Альбом Eldar Mansurovun Mahnıları
дата релиза
05-03-2021



Внимание! Не стесняйтесь оставлять отзывы.