Elnarə Xəlilova - Aman текст песни

Текст песни Aman - Elnarə Xəlilova



Gəlməyin üstümə, yaralı biriyəm
Bir divar önündə yıxılan kimiyəm
Öz evim, öz obam girdi araya?
zaman baxar oldu uzaqdan uzağa?
Ah, bir o yan, ah bir bu yan
Deşməyin yaramı aman!
Ah Qarabağ, inləyən torpaq
Bölməyin vətəni aman!
O uzaq torpaqlar mənim öz yerimdir
Açmayan o çiçək xarı bülbülündür
Zəngəzur, İrəvan gözü yolda qalıb
O gözəl cənnətdə indi od qalanıb
Ah bir o yan, ah bir bu yan
Deşməyin yaramı aman!
Ah Qarabağ, inləyən torpaq
Bölməyin vətəni aman!
Yanır ciyərim yanır
Qan ağlayır evdə analar
Oyan, şəhidim, oyan
Oyan, olar
Gözləyənin var
Yanır ciyərim yanır
Qan ağlayır evdə analar
Oyan, şəhidim, oyan
Oyan, olar
Gözləyənin var
Ah zaman...
Ah yaman...
Tutulduq bu qışa, aman?
Ah gün gələr
Biz bir səhər
Çıxarıq bahara, aman!



Авторы: Günel Sərdarqızı


Elnarə Xəlilova - Bu Gün
Альбом Bu Gün
дата релиза
01-10-2020




Внимание! Не стесняйтесь оставлять отзывы.