F'rhyme - Abrakadabra текст песни

Текст песни Abrakadabra - F'rhyme



"Surprise motherfucker!"
Abrakadabra, bu gün bütün "фокусник"lərin
Şapkadan çıxan dovşanı ölü
Kəndirbaz son addımda büdrəyir
Klounlara heç kim gülmür, öz taleyi belə
Bu gün xoş keçən bazar günün yan təsiri aktiv
Neqativ düşüncə avtopilot rejimdə
Sinəmə oturan şeytanın mədəsini tox tutur
Bu gün işə vaxtında çatmaq üçün tələsən montyoru tok vurur
Bu gün son şam ağacının dərildiyi Milad
Çöldəki evsizin donmuş əlləri soyuq silahdır
"Бомж"lar üstlərində gündəlik 1 manatla
Dolanışığı əks etdirən ölümsüzlük patenti daşıyır
Saatlı bombası xarab olan kamikadze
Ən sonunda əsəbindən partlayır, planı heyif olur
Fillər təpişir, çəmənləri tapdalayır
nəticədə qanuni oğrunun oğlu "gay" doğulur
Oyundan ələnir, buradan daha təhlükəsiz yerə gedə bilərik
Ver əlini
Bu gün əsgər formasında bir insan bir insanı öldürür
Amma bunu bir timsah bir timsaha eləmir
Özünü yaxşı aparan uşaqlar heç vaxt şirinləri görmür
Hamısının yuxusunda "Freddy"
Ataların boynunu bükən kredit
Çatıq qaşlı, qəddar anaların "blender"i dreldir
Bir tərəfdə dollara göt silənlər
Bir tərəfdə onları gözü götürməyə məcbur digərləri
Sənə qalan öz-özünə qarğış edən ağız
Bir ömür köks ötürməyə məhkum ciyərlər
"Sağlamlıq qaldı yad bizə" deyib
Üstün tutdular daha "pianist"ləri
Artır partlayan dizlərim maddiyyat istəyi
Deyəsən, qalstuklu əmilər öz ofisində
Bizdən daha günəşli kainat gizlədir
Bu, sözlə dolu dəftərimi yırtanda
Kağızların çıxardığı bağırtıdır
Nəfəsə yollarım tıxandı bu axında
Hər kəs kimi dəli olmağın yaxınında ikən
Anladım sınandığım ağıl belə
Ağır sistemlə girib savaşa
Vəhşi vaşaq kimi yaşam sürməli olduğumuz halda
Əhliləşib, hansısa mafiozun qucağında sığallanıb yatdıq
Sıradan darıxdırıcı potensial köləyik
Niyə görəsən özü-özünü öz əli ilə
Torpağa gömən insan fonunda din sadəcə meyardır?
Bu xortumlu dünyada fil sadəcə heyvandır
Deyil heç qeyri-adi
Eyni, adi insan olmaqla mükəlləf hamı bir zavoddadır
Yetərli oksigen üçün yer az
Beyin, de, hansı sikimi aldadırsan?
Qorxun haradadırsa, missiyan oradadır




F'rhyme - Mutasiya Davam Edir
Альбом Mutasiya Davam Edir
дата релиза
10-11-2023




Внимание! Не стесняйтесь оставлять отзывы.