F'rhyme - Çarx текст песни

Текст песни Çarx - F'rhyme



Oyandım, durdum, oturdum, üşüdüm düşündüm
Bu gün dünənkinin eynisini yaşamaq üçün
Çox münasib gündür (Fuck it!)
Girdim, oturdum, süzdüm, vurdum, qusdum, durdum
oradakı cəsur adamı yoxlamaq üçün
Qapının dəstəyini burdum
Səhvən açdım qaçdı
Növbəti kadr: F'Rhyme çevrilir barda "Venom"a
Kölə oluram "alter ego"ma
Mən deyirəm: "Yenə süz", barmen deyir: "Yenə siz?"
Bəlkə, az içmək üçün
Mənə sağlamlıqdan daha tutarlı arqument verəsiz?
One shot, two shot, three shot, four shot
abort olur içimdəki o uşaq
Damarlarımla qovuşan yüksək promil
Məsuliyyət hissim sağollaşmadan gedir
Geriyə qalan düzənsiz yuxu, güvənsiz ulğum
Etibarsız çənə arqo ilə iltihablı dil
Poxu istəmir indi, məktəb vaxtı saf
Utancaq münasibətdə bəxtsiz biri idim
Əsirdim tir-tir, tam da şpaqat açanda
Bakirəliyi pozulan qızların "boyfriend"i olacaq bir tip idim, ha-ha
Sabitəm "pi" qədər, sakitəm bir qədər
Dindirməsəm, dinmərəm
Ənənəvi olaraq nahardan sonra
Beynim dəvət mesajı atır ən sadiq miqrenə
Bəlkə, yazdığım sətirlər mumyaladı keçmişimi
bir yaşımdan danışıram, deyə mumlamağı seçmişəm
Əbədi susmağı, məni düz tanı
Məncə, susmağın özü elə ən səs-küylü halıdır üsyanın (Ye-ah)
F'Rhyme özünü burada tapmır
7-24 durmadan işləyən bu adamlar necə gülür axı?
Ekonomik çöküş, avamlar zatən sabah
Doğacaq Günəşi qarantiyaya almaq üçün neçə gündür, yatmır
Bu bataqlıqda batdıq, hər tərəf yosunlu
F'Rhyme-ın kimisə sevməyi müvəqqəti hormonal pozuntu
Mənə çatmır, istedad kəşfdir, ya icaddır?
Yenə solumda ağrı, yazdığım hər sətir
Solumdakı ağrının tərcümeyi-halı
Elə bilirdiz, pik onlardır, çarxı dönürdüm
Birinci F'Rhyme'ı yaratdım, sonra bütün ikonlarımı öldürdüm
Oyandım, durdum, oturdum, üşüdüm düşündüm
Bu gün dünənkinin eynisini yaşamaq üçün
Çox münasib gündür, ah, ah
Girdim, oturdum, süzdüm, vurdum
Qusdum, durdum (Aaaah!)
oradakı cəsur adamı yoxlamaq üçün
Qapının dəstəyini burdum
Səhvən açdım qaçdı




F'rhyme - Mutasiya Davam Edir
Альбом Mutasiya Davam Edir
дата релиза
10-11-2023




Внимание! Не стесняйтесь оставлять отзывы.