Nazim Faytonçu - Yağış текст песни

Текст песни Yağış - Nazim Faytonçu




Yağış yağır bu şəhərə
Gör gözəl bir gecədir
Bir sən, bir mən bu şəhərdə
Bir yağışlı gecədir
Yağış yağır, bu ki göyün
Sevgimizə heyrətidir
Bəlkə yağan yağış deyil
Könlümüzün həsrətidir, həsrətidir
Bu gün göylər nəğmə deyir
Ürəyində sözü varmış
Bu məhəbbət nəğməsini
Görən, haradan bilir yağış?
Yağış yağır, bu ki göyün
Sevgimizə heyrətidir
Bəlkə yağan yağış deyil
Könlümüzün həsrətidir, həsrətidir
Bəlkə göylər bu torpağa
Sevgisindən söhbət açır
O-o-o, yağış yağır, bu şəhərin
Gözlərindən yuxu qaçır
Bu şəhər də, bu yağış da
Bu gecə bizimkidir
Ah, bu gecədən bizə baxan
O səhər bizimkidir
Saçlarında, əllərində
Damcıların parıltısı
Qəlbimizə axıb gedən
Bu yağışın pıçıltısı
Yağış yağır, bu ki göyün
Sevgimizə heyrətidir
Bəlkə yağan yağış deyil
Könlümüzün həsrətidir, həsrətidir
Bəlkə göylər bu torpağa
Sevgisindən söhbət açır
Ay, yağış yağır, bu şəhərin
Gözlərindən yuxu qaçır
Bu şəhər də, bu yağış da
Bu gecə bizimkidir
Bu gecədən bizə baxan
O səhər bizimkidir
Bəlkə göylər bu torpağa
Sevgisindən söhbət açır
Ay, yağış yağır, bu şəhərin
Gözlərindən yuxu qaçır
Bu şəhər də, bu yağış da
Bu gecə bizimkidir
Bu gecədən bizə baxan
O səhər bizimkidir



Авторы: Aygün Səmədzadə, Kamalı Abıyeva



Внимание! Не стесняйтесь оставлять отзывы.