Okaber - Morq текст песни

Текст песни Morq - Okaber




Mən indi intihar kimiyəm, boğazda kəndir tək
Zənciri çək, aramızdakı bağlar ən titrək
Ən kövrək düyünlərdir, mən indi dərd kimiyəm
Bu günlərdə şeytanla bağlanmış şərt kimiyəm
Sürgünlərdə sevgini pisləmə, sarışın
Ruhum tanrıya qalxır, bədənim sistemə qarışır
Məndən istəmə, barışım, deyilib dəlixanada
Beynimi yuya bilmədilər, meyitim ölüxanada
Hisslər ölüb o vaxtdan, məncə, tanımalı "морг"u
Bizə tünd çay gətir, iki dilim albalı piroqu
Oturaq izləməyə, yandır bizi kömür oduna
Siqareti bir-birinə calayan dodaq dönür oduna
Mənsiz neçə yatağın soyuq qalıb, dəqiqləşdir
Sevgim canavar kimi əhliləşmir
Bir ki olub olanlar, olmayanlar hərdən olub
Qabıqdan çıxan bədənlər indi dəridən olub
Oxu mənə ölüm marşı, dünyaya dönüm qarşı
Bu, elə həmin yuxudur, bu, elə o yuxudur, qorx
Gözlərim oyuqdur çox, sənin sönüb baxışın
Sevdiyin soyuq havalardan, inan ki, soyuqdur "морг"
Oxu mənə ölüm marşı, dünyaya dönüm qarşı
Bu, elə həmin yuxudur, bu, elə o yuxudur, qorx
Gözlərim oyuqdur çox, sənin sönüb baxışın
Sevdiyin soyuq havalardan, inan ki, soyuqdur "морг"
Mən indi edam kimiyəm, gözləyir dar ağacı
Dala qaçım, tapın, söndürün həyat sayğacın
Ayaq açın, yerdən bezən günlərdə aya qaçın
bir davasını aparın ulduz, ay, xaçın
Ay Laçın, gözləmir yolunu anan
Ağlamır daha bacın, 23 təqvim dəyişib
Növbəti sayın açın, uğrunda ölən azdır
Mən indi tənhalığam, gedən çoxdur, gələn azdır
bir görən qazdı qəbirləri, "морг"u gəlib basdı
Abidə Orxon Yenisey, həyatım morze əlifbası
Yıxılana gülürsünüz, siz guya səhv getmədiniz
Allahı çağırdınız, yanına getməyə cəhd etmədiniz
İman dediyiniz mücərrəd, məndə inam qalar
Tanrı mənə olmadığını özü desə belə, inanmaram
Bizim məclis bir də, yəqin, göylərdə yaranar
Səmazən, Qarğa, İyirminci kalibr, Canavar
Oxu mənə ölüm marşı, dünyaya dönüm qarşı
Bu, elə həmin yuxudur, bu, elə o yuxudur, qorx
Gözlərim oyuqdur çox, sənin sönüb baxışın
Sevdiyin soyuq havalardan, inan ki, soyuqdur "морг"
Oxu mənə ölüm marşı, dünyaya dönüm qarşı
Bu, elə həmin yuxudur, bu, elə o yuxudur, qorx
Gözlərim oyuqdur çox, sənin sönüb baxışın
Sevdiyin soyuq havalardan, inan ki, soyuqdur "морг"
Gəl, de mənə
Bizdə haradır cərgələr?
Bura "морг"
Yenə həmin xaraba döngələr
Gəl, de mənə
Bizdə haradır cərgələr?
Bura "морг"
Yenə həmin xaraba döngələr




Okaber - Morq - Single
Альбом Morq - Single
дата релиза
13-02-2015

1 Morq




Внимание! Не стесняйтесь оставлять отзывы.
//}