Orkhan Zeynalli feat. Miri Yusif - Dəb Xətrinə текст песни

Текст песни Dəb Xətrinə - Orkhan Zeynalli , Miri Yusif



Bax necə dostluğu satıbdı dostlar!
Üzləri yeyilib qalıbdı astar!
Kimləri sökəndi, kimləri Usta,
Alqış Dəyirman'a, Alqış HOST'a!
Dərddən yazmaq dəb xətrinədi,
Etiraz eləmək dəb xətrinədi,
Qanunu pozmaq dəb xətrinədi,
Vətəni sevmək dəb xətrinədi!
Gündüz gecə, sənə ev bu küçə,
Barlarda yaşamaq dəb xətrinədi!
Yoruldun? - qulağıva tıxac tax,
Bu treki dinləmək dəb xətrinədi!
Playboy t-shirt'də, hərəkəti ağır, səvviyəsi dişovka,
Gecələri klubda, yubka, tusofka
Yanında pul iyinə yığılan masofka dəb xətrinədi!
Mənə yad səsdə, amma doğma tərzdə,
Mənasız dərsdə, yazılan verse'də.
HOST'u çox dinləmə qulağıvı bəslə,
Damarı da kəsmək dəb xətrinədi!
Bax necə dostıuğu satıbdı dostlar!
Üzləri yeyilib qalıbdı astar!
Kimləri sökəndi, kimləri Usta,
Alqış Dəyirman'a, Alqış HOST'a!
Kimlərin üzü qara kimlərin yanında,
Çox kəlmə dilində, yox bir şey qabında,
Pis zəmanə içdə kimlər öndədi?!
H.O.S.T dəbdədi, Dəyirman dəbdədi!
Düz ton yenə mən, fikir vermə nəfəsimə,
Albomda track sayı, bağlıdır həvəsimə.
Yarımçıq beyin ilə dinləyənin nəzərinə,
Başı boş hər bir adam çevrilir hədəfimə.
De mənə nəyə görə, bu zalım dinləyici
Qiymət verir mugənninin səsinə yox, sinəsinə?
Bu həm öz aramızdı, həm ki, elin içi
Qol qanad açan düşür tülkülərin tələsinə.
Daha çox güc veririk fikirlərin yenisinə,
Baxmırıq gorəndə kimlərinsə tələbinə.
Gəlməmisən boşuna sən axı yer kürəsinə,
De mənə kölgəmizdə gizlənməyin səbəbi nə?
Yaxşı pis sərhədində, sonuncu seçimin nə?
Sadəlöhv fikirində, arzuların içindən,
Tap orda özünə mövqe, amma gəlsin içinnən
Gəlməsə biləcəm ki, bu dəb xətrinə!
Bax necə dostluğu satıbdı dostlar!
Üzləri yeyilib qalıbdı astar!
Kimləri sökəndi, kimləri Usta,
Alqış Dəyirman'a, Alqış HOST'a!
Kimlərin üzü qara kimlərin yanında,
Çox kəlmə dilində, yox bir şey qabında,
Pis zəmanə içdə kimlər öndədi?!
H.O.S.T dəbdədi, Dəyirman dəbdədi!
Mikrafonum deyil qızıl deyiləm nigga!
Bu sənət əsl traur uduzulmuş bir liqa.
Hər track bir zərbə qapılara qol vurduqca,
Cəmiyyətin qınağı olursan düzgün yol qurduqca!
Hərdən yorulduqca tüpürmək istəyirsən,
Hamıyla eyni odda gəbərməy istəyirsən.
Kiməsə düz söz de, amma ki, fərqi nədi?
Axı dinləmək indi dəb xətrinədi!
Bax necə dostluğu satıbdı dostlar!
Üzləri yeyilib qalıbdı astar!
Kimləri sökəndi, kimləri Usta,
Alqış Dəyirman'a, Alqış HOST'a!
Kimlərin üzü qara kimlərin yanında,
Çox kəlmə dilində, yox bir şey qabında,
Pis zəmanə içdə kimlər öndədi?!
H.O.S.T dəbdədi, Dəyirman dəbdədi!




Orkhan Zeynalli feat. Miri Yusif - Biz Insan Deyilik
Альбом Biz Insan Deyilik
дата релиза
29-05-2010



Внимание! Не стесняйтесь оставлять отзывы.