Orkhan Zeynalli feat. Tomris - Uzaq Sahillərdə текст песни

Текст песни Uzaq Sahillərdə - Orkhan Zeynalli , Tomris



Görəsən vicdanım vurarmı bir gün üzümə şillə?
Görəsən necə bu cür vecsizliyimə dözmüş illər?
Görəsən doğmalarım bir gün atıb gedəcəkmi?
Görəsən harda enər sürdüyüm həyatda sərnişinlər?
Alagöz fahişələrə, şirin söz nəvazişlər
Müştəri hüzurunda süni gülüş bəyaz dişlər
Doğmalar dözər bağışlayar, onsuz öyrəşiblər
Hər soyuq addımımı qəbul edib başa düşüblər
Görəsən xoş sözlərə aldanıb ulduzmu oldum?
Cəmiyətə yem uzatdım, dişlədi quduzmu oldum?
Yayı unutdum, qalıb qışda əbədi buzmu oldum?
Dünən evin idim, bu gün masavın üstündə tozmu oldum?
Sakitcə qulaq asmaq, yazmaqla düzəlmirsə
Ya bir gün doğurdan böyüyüb, doğurdan düzəldimsə?!
Batmaqdan qorxmayıb baxışlarında üzərdimsə
Son dəfə bərk yapış əgər tutduğun düz əldimsə
Gedəcək Həyatımdan dəqiqələr
qədər uzaq qaçsam da tapacaq məni sevgilər
2-ci verse:
Yadıma gəlmir anamı sonuncu dəfə qucaqlamağım
Babamın qəbri üstündə doyunca ağlamağım
Yadımda deyil vaxt demişəm bacıma sevdiyimi
Atam heç bilirmi görəsən, onu çox istəməyimi
Məni doğurdan sevənlər qalır həmişə diqqətdən kənar
Mən gərək qəbul edim gələn hər bir dərddən qərar
Mən gərək məğlub edim, içimi çürüdən mənləri
Mən gərək kəsim kökünü əbədi içimdə əngəllərin
İllərlə paylamaq sətirləri, kimə görə?, nəyə görə?
Ən pis gündə səni atıb gedən sevgiliyə görə?!
bir gün çıxır qabağıva əsl eşq dərdin azalır
Budurmu ədalət ondan sonra sevgidən sətrin azalır
Budurmu insanlıq ki, onu incidirsən hər addımda
Onu göz yaşı içində küçədə qoyub getmək
Əslindəysə ona görə dəyər hər şeyi atıb getmək
vaxt ki çıxdı nəhayət bir mələk həyatında
Onunla cənnətə uçmaqdansa qanadın qırdın
Sahilə çatmamış niyə dərinlərə dalğalandın
O can verən sevgini xilas edən son damla qandın
Uçdun, etibar etdiyin insanlığa aldandın
Doğmalar tərk edir bir bir, gəl çıx, harda qaldın?
Nəqarət
Gedəcək Həyatımdan dəqiqələr
qədər uzaq qaçsam da tapacaq məni sevgilər



Авторы: Nadir Negdpul Guseynov


Orkhan Zeynalli feat. Tomris - Singles (2009-2015)
Альбом Singles (2009-2015)
дата релиза
01-12-2014



Внимание! Не стесняйтесь оставлять отзывы.