Orkhan Zeynalli - 365 Gün текст песни

Текст песни 365 Gün - Orkhan Zeynalli



İlk baxışlardan artıq illər keçir
Fərqi yoxdu kimsən sən fərqi yox nəçi
Kimlər özünə əyləncə kimlər həyat seçir
Kənardan parlaq görünür amma boşdu içi
Arada ömür fərqi bir neçə yaş fərqi
Bir neçə dəqiqə keçdi vurdu qəlb zəngi
Oldu qəlb zəngin sevgiylə dolub daşan
Əzab versə sonradan başlanğıcı unudasan
Əl ələ verib gəzdilər dünyanı kiçildərək
Bəzən qaçıb gizlənərək bəzən əylənərək
Ya sevgi almışdı ağlı ya yox idi əvvəldən
Bu eşqi yaşayırdı hər hüceyrəsiylə bədən
Oların hekayəsi macərayla dolu hər gün
Soyuda bilmirdi payız qış qəlbi
Dəyişdi hər şey eşidiləndə bir gün
"Sabahın xeyir Nil dünyaya xoş gəldin"
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sabahın xeyir Nil
Soyuq səhərlər geridə
Bu bahar daha isti bu bahar tək deyilsən artıq
Yaşananlar sadəcə xatirə
Bir neçə səhv addım dəydi arzular yerə
Ayırır böyük şəhərləri kiçik vaqonlar
Ayırır böyük sevgiləri bəzən paqonlar
Birgə qurulan ev tək qorunmaz heç vaxt
O elə bilirdi qəlb sevgidən yorulmaz heç vaxt
Yadında hava limanı yadında qandallar
Göz yaşı ilə oxuduğu məktubları yandırmaq
Dünyaya qarşı çıxmaq saf hislərdən ötrü
Gözləriylə qəhrəmanın təslim olmağın gördü
O bilir tərk edən bəzən ən çox sevdiylərindi
Bu həyat qapını vaxtında çırpıb gedə bilənindi
Çətin sağalda mahnılar yaralar çox dərin
Dünya artıq onların deyil dünya təkcə Nilindi
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi



Авторы: Islam Shirvani Pro


Orkhan Zeynalli - 365 Gün
Альбом 365 Gün
дата релиза
01-05-2017




Внимание! Не стесняйтесь оставлять отзывы.