Orkhan Zeynalli - Qravitasiya текст песни

Текст песни Qravitasiya - Orkhan Zeynalli



Daha neçə uşaq aclıqdan öləcək şəkil naminə?
qədər insan batacaq ki, gündəm dəyişsin?
Dünyanın alın yazısı yazılıb qan ilə
Biz ruhumuzu endirdikcə baş barmaq qalxır göyə
Hələ çox quyular qazılacaq səngər deyə
Çox güllə atılacaq kimsə igid olsun deyə
Ədalət mücərrəd məvhum əlçatmaz
Yüz dəfə diz çökdüm bircə dəfə sən gəl deyə
Zirvəyə çevrilir ən alçaq dərələr
Hələ çox güləcək bizə qəbirdən ölülər
Yoxdur artıq kiçik günah, var ancaq irilər
Getsə köhnə zalımlar, gələcək yenilər
Küləklə döyüşdükcə ümidsiz gəmilər
Batdıqca canlar dibə yeni ləpələr dirilər
Yuyulduqca sahillər, dağılar qum saraylar
Şahlar can verər, öz xislətində boğulub ağlar
Əllər açılır göyə, əllər açılır göyə
Bəlkə göz gec qırpınanda kimsə görər deyə
Kimsə çəkir yerə, kimsə çəkir yenə
Günahlar yaddaş kimi, buraxmır heç yerə
Mən yalançıyam, sən ədalətsizsən
Mən çarəsiz olduqca sən səssizsən
qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün
Sonda ölüm qravitasiyası səni çəkir yerə
Əllər açılır göyə, əllər açılır göyə
Bəlkə göz gec qırpınanda kimsə görər deyə
Əllər açılır göyə, əllər açılır göyə
Günahlar yaddaş kimi, buraxmır heç yerə
Mən yalançıyam, sən ədalətsizsən
Mən çarəsiz olduqca sən səssizsən
qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün
Sonda ölüm qravitasiyası səni çəkir yerə



Авторы: Etibar əsədli, Orxan Zeynallı


Orkhan Zeynalli - Qravitasiya
Альбом Qravitasiya
дата релиза
15-05-2016




Внимание! Не стесняйтесь оставлять отзывы.