Orkhan Zeynalli feat. Del - Şərbət текст песни

Текст песни Şərbət - Del , Orkhan Zeynalli



Soyuq işıqların əhatəsində isti gözlər
Bu gün sevgili olmaqçün ən uyğun gecədir
Bakal uzadanda toxunmaq barmaqlara gizlincə
Bu ilk baxışdan sevgi deyil əyləncədir
Bu gün şouya verdim play, hələ ki, lirika stop-da
An etibarı ilə sən məni fəth elədin
Axtar ürəyimi, bəlkə tapdın mikroskopla
Bədənim avqust kimi isti, bir az meh istəyir
Bütün sətirlərim yalan, indi bizə yaxın tavan
Bir azdan uçub açıq səmada edərik davam
Hələ açılmayıb səhər, toxunuşlar önə sərər
Axı gözlərin tələ, üzürəm içimdə bərəl
Eləmə dram, bakalın içi qan içirəm
"Marry Dark Horse" səsiylə Katy Parry
Batan şəhərdə arzuları birgə puç edərik
Diqqətlə bax - qəlb bədənimə necə dəyir
Yaxın dur...
Mənə tərəf atılan hər addım önəmli
Əlimə toxunma...
Biləyim əsir, nəbzim olur sənə görə sürətli
Yaxın dur...
Bulanıq baxışlar axır üstümə
Məni apar özünlə, dolanarıq sözünlə
Bir günün ərzində dəyiş dünyamı
Qulaq as Mrss...
Mən sözlə qidalandığımçün mənə təsir etmir krizis
Bira anlıq dondum
Mənə tanış gəlir üzün
Deyəsən bir vaxtlar desktop-umda fondun
Qəribədir ardıcıllıq Bakıda
Varlı bədənlər kasıba getmir ki, birdən qan kirlənər
Guya utancaq kübar
Şairlərlə eşq yaşayıb, ərə gedirsiniz bankirlərə
Mən dəfələrlə xoşbəxtliyi almışam pulla
Bax, çekləri saxlamışam yadigar
Mən bilirəm nədir - eşq ovundakı nişanda olmaq
Qadınlar gedir qalır ancaq mahnılar
Səninlə var bir neçə sətirlik macəram
Ən kobud qollar ortasında keçir bil ən incə an
Yaşa! Sonra hansısa maymaqla MayBach-da
Mənlə həyat ucuz, amma şərbət kimi, bax dadına
Yaxın dur...
Mənə tərəf atılan hər addım önəmli
Əlimə toxunma...
Biləyim əsir, nəbzim olur sənə görə sürətli
Yaxın dur...
Bulanıq baxışlar axır üstümə
Məni apar özünlə, dolanarıq sözünlə
Bir günün ərzində dəyiş dünyamı
Yaxın dur...
Mənə tərəf atılan hər addım önəmli
Əlimə toxunma...
Biləyim əsir, nəbzim olur sənə görə sürətli
Yaxın dur...
Bulanıq baxışlar axır üstümə
Məni apar özünlə, dolanarıq sözünlə
Bir günün ərzində dəyiş dünyamı



Авторы: Orxan Zeynallı


Orkhan Zeynalli feat. Del - Qravitasiya
Альбом Qravitasiya
дата релиза
15-05-2016



Внимание! Не стесняйтесь оставлять отзывы.