Orkhan Zeynalli feat. Tomris - Ilk Və Son текст песни

Текст песни Ilk Və Son - Orkhan Zeynalli , Tomris



Səmadan ulduz axanda ilk dəfə arzu tutmaq
Qələmin pıçıltısını bəyaz kağıza qatmaq
Düşünmədən sabah olacaq daha kim gedəcək
Görəsən mən qabağa getdikcə dala kim gedəcək
İlk dəfə danışmaq həyatını tanımadığın birinə
Onsuz da tanıyanlar da başa düşmədən dinləyir
Tərbiyə etmək həqiqətdən qorumadığın dilini
İlk dəfə tərifləmək ətrafı bəlkə düşmənlər dinləyir
11ci mərtəbədən dumanlı bəyaz şəhər
İlk dəfə plan qurmaq birdən açılmazsa səhər
Soyuqla mən dostam bir günlük sən dost ol
İlk dəfə yazdığım vərəqlərə çoxdan toz dolub
Bu gözlər hərdən boz olur hərdənsə öz rəngi
Əynimdəki bəyaz köynəyə yaraşır söz rəngi
Danışmaq istəyirəm səhərə qədər uzun cümlələrlə
Xoşbəxtlik 1 saatdı qapıda dayanıb vurur zəngi
İlk dəfə sevmək
Həyatdan bir xəbər
Unudaraq hər şeyi
Uçuram ulduzlara
İlk dəfə sevmək
Həyatdan bir xəbər
Unudaraq hər şeyi
Uçuram ulduzlara
Son dəfə qucaqlamaq sevgini
Sinədə boğana qədər
Gəzmək yağış altda son damla yağana qədər
Son dəfə qışqırmaq bütün şəhər eşitsin qoy
Durmadan səmaya baxmaq ilk şimşək çaxana qədər
Son dəfə mahnı yazmaq ilk dəfə şən notlarla
Hayat klasik bir musiqi dəyişən notlarla
Son dəfə dərddən danışmıyıb sevinək bəlkə
Yaralar körpü yaradıb dost yadlarla
Son dəfə yaratmaq ölməz daha bir neçə mahnı
Bir neçə söz ki əbədi qalacaq sən getsən bir gün
Son dəfə doğmalara zəng edib sevgini etiraf etmək
İşığı söndür səsimi dinlə gecə vaxtı
Son dəfə gülərüz olmaq şaxtalı illərdən sonra
Görəsən doğurdan ən güclülər güləcək sonda
Hər gün yeni hadisələr hər gün yeni tanışlar
Küləyi bıraxım otağa son dəfə əssin orda
Son dəfə bağışlamaq hər kəsi göz yummaq
Hər kəsi dinləmək hər kəsdən razı qalmaq
Dünyanın taleyin bircə günlük düşünmədən
Səmadan ulduz axanda son dəfə arzu tutmaq
Son dəfə sevmək
Həyatdan bir xəbər
Unudaraq hər şeyi
Uçuram ulduzlara
Son dəfə sevmək
Həyatdan bir xəbər
Unudaraq hər şeyi
Uçuram ulduzlara



Авторы: Sinima Beat Pro


Orkhan Zeynalli feat. Tomris - Qravitasiya
Альбом Qravitasiya
дата релиза
15-05-2016



Внимание! Не стесняйтесь оставлять отзывы.