Orkhan Zeynalli - Sonuncu Liliya текст песни

Текст песни Sonuncu Liliya - Orxan Zeynallı



16cı mərtəbədən baxırsan saraya
Mən isə sənin gözlərində görürəm saraylar
ərköyün şəhzadə, fikir vermirsən haraya
Məni bu hisslər görən sonda aparacaq haraya
Deyirlər sevgi səhər dumanı kimidi, sıx tez itən
Mən çıxacam bir gün cümləndəki mötərizədən
Sahildəsənsə dəniz artıq maraqsızdı
Cənnətdəsənsə mənə həyat maraqsızdı
O güllər solacaq, atılacaq
Xoş sözlər bir gün unudulacaq
Gecə gələcək yenə günəş yatacaq
Amma ki nəğməm qalacaq əbədi yaddaşda
Sözlər deyilib artıq, mənə susmaq qalır
əlindən tutsam belə ürəyin uzaq qalır
Ağlında mən olum qoy, yadında mən qalım qoy
çılğın notlarla saf ürəyivi mən alım qoy
Yenə təxirə salınır səfərlər
Yeni doğmalar köhnə şəhərdə
Yenə qələmim yaradır dənizlər
Buruq saçına burulanda sətirlər
Uçmaq istəsən tut əlimnən
Gülüşün görünür gözlərindən
Səbəbin soruşma heç nəyin məndən
Sənə atdığım ilk addım bu nəğmə
2-cimənim vicdanımda çox göz yaşı var bilirəm
Xoşbəxtliyi qənaətsiz xərcləmişəm bilirəm
Belə bir hədiyyəyə layiq deyiləm bilirəm
Amma ki möcüzələrə inanmağa haqqım var
Yalanın ən çox deyildiyi gündə sən doğuldun
əlçatmaz arzular tək həyatımda quruldun
əgər dağılsa dünya hər tərəf viran olsa
Razıyam sənlə xoşbəxtliyim hətta bir an olsa
Yenə nəğmələrdə ümidsiz sətirlərdi
Sevgilər birtərəfli görüşlər qətillərdi
bir görüş həyatımnan günləri məhv etdikcə
Səni unudulmaz edən cəmi bir dəfə görməyimdi
Sualtı dünyada nağıl sən orda şəhzadə
Həyatım olsun yalan nağıl təki sən şəhzadə
Güzgüyə bax mələy olduğunu sal arabir yada
Sənə son toxunuşum oldu sonuncu liliyada
Yenə təxirə salınır səfərlər
Yeni doğmalar köhnə şəhərdə
Yenə qələmim yaradır dənizlər
Buruq saçına burulanda sətirlər
Uçmaq istəsən tut əlimnən
Gülüşün görünür gözlərindən
Səbəbin soruşma heç nəyin məndən
Sənə atdığım son addım bu nəğmə



Авторы: Orxan Aid Zeynallı


Orkhan Zeynalli - Yaş Gəlir
Альбом Yaş Gəlir
дата релиза
16-12-2012



Внимание! Не стесняйтесь оставлять отзывы.