PRoMete, Aíd & Səbinə Rəhimova - Illuziya (Bonus Track) [feat. Orkhan Zeynalli & Səbinə Rəhimova] [Remastered] текст песни

Текст песни Illuziya (Bonus Track) [feat. Orkhan Zeynalli & Səbinə Rəhimova] [Remastered] - Aíd , PRoMete



Doludur qəmli sətirlərlə kitablar,
Bilinmir ki, indi sevincindən kim ağlar.
Daha əvvəlki tək çamğlamayan bulaqlar var,
İçimdə siyasətdən doğulmamış uşaqlar var.
Daxmalardan qaçanlarıq biz,
Şəhərlərdə çox qələbəlik, qalmır iz.
Bir gün özümü itirsəm, kim anlar ki,
Qələmi vərəqə daha da sıx
Tətiyi gicgahda düşün, artsın cəsarət.
Vur!
İçinə qonan qarğaları uzaqlara
Çox uzaqlara uçur.
yalnız yalançılar ən gərəkli anlarda susur!
Yalançılıq, bu, deyil qüsur.
Bu, təbii fəlakət,
Bu, mədəni xəyanət,
Bu, bədəni zəmanət altında
Beyinə ticarət,
Bu, yabanı bitki kimidir
Bitdiyi yerlərdə xarabalıqdan olur əlamət.
nəqarət...
Səbinə Rəhimov:
Gec qalmaqdan qorxmamaq,
İrəli getmək, geriyə baxmamaq.
Qonaq edə bilməyəcəyəm səni dünyama,
Xoş gəlmisən dar daxmama.
Həyat düşündüyümdən alçaq,
biləydim ki, dostlarımı pulla satın alacaq.
Ən yaxşısı, düşünüm ki, onlar şəhid olublar,
Bundan sonra ruhları Allaha yaxın olacaq.
Amma tək düşünməklə olmur ki, bu həyat,
Bizə kim öyərdib ki, dadlı olur bayat.
Biz yaxşı yaşamağı sayırdıq birgə yaşamaq,
Amma indiki yaşama demək olmaz babat.
Fərat Dəclədən ayrıldı, demək mümkün hər şey,
Səhv kimi sübut olundu mövcud düzgün hər şey.
"Yıxılmarıq", "yıxılsan tutarıq" deyən hər kəs
Toz olub sovruldu, indi ölgün hər şey.
Mənim səsim olmamalı idi bu verse'də
Pis tələbələri Fələk qovur dərsdən
Həyat mənə üçbucaqlarını hədiyyə edir,
Qarğalarsa qanad çaldı qorxub səsdən.
Səbinə Rəhimov:
Gec qalmaqdan qorxmamaq,
İrəli getmək, geriyə baxmamaq.
Qonaq edə bilməyəcəyəm səni dünyama,
Xoş gəlmisən dar daxmama.




PRoMete, Aíd & Səbinə Rəhimova - Sinqllar (2006-2015) [Remastered]
Альбом Sinqllar (2006-2015) [Remastered]
дата релиза
04-07-2016

1 Günəş Şəhəri - Remastered
2 O Dönəcək (Demo Home Recording) - Remastered
3 Sən Kimsən - Remastered
4 Labirint - Remastered
5 Mahnılar Bilir Kimə Yazılır - Remastered
6 H.O.S.T'U Qovun - Remastered
7 Inanma - Remastered
8 O Dönəcək - Remastered
9 Ritm'I Tasavvuf - Remastered
10 Adını Günəş Qoyacaq - Remastered
11 Dinlə Və Yoz - Remastered
12 Mən Dəyişəcəm - Remastered
13 Sərhədlər Var - Remastered
14 Bəstəkar - Remastered
15 Dövr'I Intihar - Remastered
16 Qurtul - Remastered
17 Oyun (feat. Ayka & Orkhan Zeynalli) [Remastered]
18 Bir Də Başdan (Remastered)
19 Tanqo (Remastered)
20 Pəncərə (feat. Orkhan Zeynalli) [Remastered]
21 40-Сı Qapı (Alterego H.O.S.T) [feat. Orkhan Zeynalli] [Remastered]
22 Boyfriend & Girlfirend (Remastered)
23 Bura Bakıdır (feat. Miri Yusif) [Remastered]
24 Pıçıltı (Remastered)
25 Biləcəridən O Tərəfə (Bonjour Glamour) [feat. Səbinə Babayeva] [Remastered]
26 Məsafə (feat. Səbinə Rəhimova) [Remastered]
27 Sözü At (feat. Albay Əfəndi & Monk Sommbra) [Remastered]
28 Show Must Go On (feat. Sailor) [Remastered]
29 Mikrofon Biznesi (feat. Sailor) [Remastered]
30 #Icmal1 (Remastered)
31 Illuziya (Bonus Track) [feat. Orkhan Zeynalli & Səbinə Rəhimova] [Remastered]



Внимание! Не стесняйтесь оставлять отзывы.