PRoMete - Inanma - Remastered текст песни

Текст песни Inanma - Remastered - PRoMete




Qorxu nağıllarındakı qəhrəmanlardanam,
Ordan qaçıb bura düşmüşəm.
Köpək dişlərim var.
Mənə bax! Səni yeyərəm.
Məndən qorx!
Hər gücə iki diri bala parçalamasam, rahat yata bilmirəm,
Düzü, özüm bilmirəm niyə belə oldum.
Bir səhər yatdım, gecə durdum,
Gördüm, gözümün içi qan.
Güzgüyə baxmaqdan qorxuram o gündən,
Günəşi sevə bilmirəm artıq.
O da məni sevmir, çünki.
Düşündüm ki, bəlkə, yuxudur, dişlədim qolumu.
Qoluma iz düşüb o gündən.
Özümdən qorxmağa başlayıram.
Evi sür-sümük basıb,
Qonşular da şikayətlənir əlimdən.
Qonşunun oğlunu da yedim dünən hirsimdən,
Sonra ordan qaçdım gizlin mən.
İndi gündüzləri zirzəmilərdə keçirən nağıl qəhrəmanlarındanam.
İnanma...
Nağıl danışırlar sənə. Boşdu.
Hər şey göründüyü kimi deyil, içi boşdu,
Boşdu, boşdu, boşdu.
İnanma...
Yalan danışırlar sənə. Boşdu.
Hər şey göründüyü kimi deyil, içi boşdu,
Boşdu, boşdu, boşdu.
İnanma...
Nağıl danışırlar sənə. Boşdu.
Hər şey göründüyü kimi deyil, içi boşdu,
Boşdu, boşdu, boşdu.
İnanma...
Yalan danışırlar sənə. Boşdu.
Hər şey göründüyü kimi deyil, içi boşdu,
Boşdu, boşdu, boşdu.
Mən kölgəlikləri sevmirəm,
Mənim yerim gün altıdır.
İstəyirəm gün altında qanadlarım parıldasın,
Hər kəs məni tanısın.
Hündürlükləri sevirəm,
Tək qorxum qartallardı.
Uçmağı təzə öyrənmişəm.
Göydən yer üstü gözəldir?!
Uçsan, sən görərdin.
Sən mənim kimi, dəli kimi sevə bilərdin,
Göyərçin olduğunu dərk etdiyin anda
Dərdləri tərk edərdin, tək gedərdin,
bir gün cüt olardın.
Yanına bir dişi qoşulardı,
Daşı-divarı fərqli görməyə başlardın.
Hər tərəf çiçəklə dolardı,
Sevdiyin rəngi alardı ətraf.
"Günəşim" deyərdin ona sən,
Sevgini hər gün yüz dəfə sübut eləyib
Xoşbətliyin olduğunu birdəfəlik anlayıb ömür sürərdin.
İnanma...
Nağıl danışırlar sənə. Boşdu.
Hər şey göründüyü kimi deyil, içi boşdu,
Boşdu, boşdu, boşdu.
İnanma...
Yalan danışırlar sənə. Boşdu.
Hər şey göründüyü kimi deyil, içi boşdu,
Boşdu, boşdu, boşdu.
İnanma...
Nağıl danışırlar sənə. Boşdu.
Hər şey göründüyü kimi deyil, içi boşdu,
Boşdu, boşdu, boşdu.
İnanma...
Yalan danışırlar sənə. Boşdu.
Hər şey göründüyü kimi deyil, içi boşdu,
Boşdu, boşdu, boşdu.
İnanma...
İnanma...



Авторы: Pərviz Isaqov


Внимание! Не стесняйтесь оставлять отзывы.