PRoMete feat. Ayka & Aid - Oyun текст песни

Текст песни Oyun - PRoMete feat. Ayka & Aid



Oyun
(PRoMete):
Dünyaya sorğusuz gəldik,
Sözlər ölkəsində qələm aldıq.
Əllərimmi oldu günahkar bu yazılan sətirlərə görə,
Yoxsa, beyin fikirləşdi?! Çıxılmaz sualların dilemmasında azdıq.
Bizə hər şey azdır. Biz tamah övladları.
Biz günah övladları, buz tutub ürəkləri!
Biz edə bilərdik ki, belə olmaması üçün?!
Hər şeyin başlanğıcı bizdən daha əvvəldi.
Bizim qaranlığımız vardı, biz bu qaranlığı da yardıq ki,
Bəlkə, Günəşi taparıq arxasında, amma orda heç Ay da yox idi.
İndi heç ümid yoxdur. Əvvəlində bitdi oyunum, bizi aldadırmışlar.
Anlayanda ancaq güldüm, həyatı ikiyə böldüm:
Bundan sonrakı bundan əvvəlki...
Yəni, inandığın, bir soyuqluğun hakimiyyəti.
Bəs, sevgi?
Sevgi kimdədirsə, gizlədir.
Nəqarət (Ayka):
O, sənin içində, O, sənin üzündə,
O, yerin üzündə, O, tək mümkün.
O, güc dizində, O, gülüş hüzndə,
Hər kəsin izində, tək bir düzgün.
O, sənin içində, O, sənin üzündə,
O, yerin üzündə, O, tək mümkün.
O, güc dizində, O, gülüş hüzndə,
Hər kəsin izində, tək bir düzgün.
(AiD):
Danışmağa çox şey var, bu qədər ömür yaşayandan sonra,
Başqalarının da yükünü beldə daşıyandan sonra.
İçimdə peşmançılıq hissi yoxdur başladıq deyə,
Ulduz etmək istəsəz də, biz qalxmadıq göyə.
Çox tərif yağdı, amma hansı içdən, hansı yalandan.
Seçmək olmur üstdən isti baxışı soyuq salamdan.
İçimdə əminlik var, bilirəm, xoşdur gələcək.
Əgər, nəyəsə layiqiksə, boşdur başqa hər gerçək.
Sulanır indi hər dibçək, amma fayda?!
İçilən zəhərdirsə, yaşamaz insan hətta böyük sarayda.
Bəsit insan çox sayda, öz planları ilə nəyisə arzulamaq.
Bir qayda, həyat hayda, biz hayda?!
qədər qəlb hələ darda kömək gözləyir.
İçimdə qorxu var ki, bəzən kömək əlimi gözlədir.
Beyində suallar var ki, əsl həyat sorğusu,
İçimdə ruh var, onun içində azad olmaq arzusu...
Nəqarət (Ayka):
O, sənin içində, O, sənin üzündə,
O, yerin üzündə, O, tək mümkün.
O, güc dizində, O, gülüş hüzndə,
Hər kəsin izində, tək bir düzgün.
O, sənin içində, O, sənin üzündə,
O, yerin üzündə, O, tək mümkün.
O, güc dizində, O, gülüş hüzndə,
Hər kəsin izində, tək bir düzgün.
(PRoMete):
Bizim qaranlığımız vardı, biz bu qaranlığı da yardıq ki,
Bəlkə, Günəşi taparıq arxasında, amma orda heç Ay da yox idi.
(AiD):
Beyində suallar var ki, əsl həyat sorğusu,
İçimdə ruh var, onun içində azad olmaq arzusu...
Nəqarət (Ayka):
O, sənin içində, O, sənin üzündə,
O, yerin üzündə, O, tək mümkün.
O, güc dizində, O, gülüş üzündə,
Hər kəsin izində, tək bir düzgün.
O, sənin içində, O, sənin üzündə,
O, yerin üzündə, O, tək mümkün.
O, güc dizində, O, gülüş üzündə,
Hər kəsin izində, tək bir düzgün.



Авторы: Parviz Isaqov, Orkhan Zeynalli


PRoMete feat. Ayka & Aid - 2006-2015 Sinqllar (Remastered)
Альбом 2006-2015 Sinqllar (Remastered)
дата релиза
04-07-2016

1 Günəş Şəhəri
2 O Dönəcək (Demo Home Recording) - Remastered
3 Sən Kimsən - Remastered
4 Labirint - Remastered
5 Mahnılar Bilir Kimə Yazılır - Remastered
6 H.O.S.T'U Qovun - Remastered
7 Inanma - Remastered
8 O Dönəcək
9 Ritm'i Tasavvuf
10 Adını Günəş Qoyacaq - Remastered
11 Dinlə Və Yoz - Remastered
12 Mən Dəyişəcəm - Remastered
13 Sərhədlər Var - Remastered
14 Bəstəkar - Remastered
15 Dövr'I Intihar - Remastered
16 Qurtul - Remastered
17 Oyun
18 Bir Də Başdan (Remastered)
19 Tanqo (Remastered)
20 Pəncərə (feat. Orkhan Zeynalli) [Remastered]
21 Boyfriend & Girlfirend (Remastered)
22 Bura Bakıdır (feat. Miri Yusif) [Remastered]
23 Pıçıltı (Remastered)
24 Biləcəridən O Tərəfə (Bonjour Glamour) [feat. Səbinə Babayeva] [Remastered]
25 Məsafə (feat. Səbinə Rəhimova) [Remastered]
26 Show Must Go On (feat. Sailor) [Remastered]
27 Mikrofon Biznesi (feat. Sailor) [Remastered]
28 #Icmal1 (Remastered)



Внимание! Не стесняйтесь оставлять отзывы.