PRoMete feat. feck & Ayka - O Dönəcək текст песни

Текст песни O Dönəcək - PRoMete feat. feck & Ayka



1 (Feck):
Səni səni tanımadığım, yeni, sənsiz vaxtlarımda sevmişdim mən.
Səni səni fikirləşdiyim sənsizliyimdə kəşf etmişdim mən.
Səni dağ zirvəsi bilib ətəklərinə çox uzaqdan gəlmişdim mən.
Sənin zirvədən yüksəkdə buluddan beşikde körpə kimi yatdığını bilmirdim.
Sən mənim üçün film deyilsən ki, gözlərim sənin sonunu gözləsin.
Baş rolunu oynadığımız bu filmin sonu hər kəsi kövrəltsin sevincdən.
Sən ölümümdə son, doğuluşumda ilk nəfəsim, artdı həvəsim
Yarı olduğumu səni görəndən sonra dərk etdim.
Sənlə əl-ələ gəzdiyimiz küçələrin toz-torpağı doğma (doğma)
Sənlə oturub dalğasına baxdığım dənizin çirkabı doğma.
Sənlə kədərini daddığım o həsrətin xatirələri belə doğma gəlir.
Sənlə yaşadığım sevginin qorxusu doğma, içimi dəlir.
Yadıma düşəndə ki, bu məsafəni dəf edərək yeni görüş gəlir,
Qəfəsə bağlanır sanki zaman, saniyələr uzanhauzan, (uzanhauzan).
Sənə desəm ki, uzaqda gördüyüm şəhərin işıqları saxta gözəllik.
Zövq ala bilmirəm, sənsiz qala bilmirəm, ah, tez geri dönsəm...(tez geri dönsəm)
Nəqarət (Ayka):
Tərk etdiyin o yerdə tək
Hər gün eyni ümidlə gözləyərək.
Tərk etdiyin o yerdə tək
Hər gün eyni ümidlə gözləyərək.
O dönəcək
2 (PRoMete):
Səni məndən ayırsaydı ölüm, bəlkə belə çətin olmazdı,
Hər gün səni fikirləşməzdim.
Daha rahat olardı içim, ağlıyardım hər gün bir az,
Gözüm arxanca qalmazdı.
Şəkillərinə baxardım, qədər ilə razılaşmazdım,
Bir gün ya mətbəx bıçağı, ya da ülgüc dost olardı damarlara,
Bu tərəflərdə səndən ayrı qalmazdım.
Amma yazıq ki, yazı başqa,
Sağsan məndən ayrı, ona görə başqa fikirlər fırlanır başda.
Səni öldürmək hissi keçir içimdən,
Buna görə Günəşim, (Günəşim) məni bağışla.
Sənə yönləndirdiyim cavabsız çağırışlardır
Yəqin, işlərinin tərs getməsinin tək səbəbi.
Qarşısını ala bilmirəm artıq artan əsəbin,
Mən bilim ki, deyim ki, xoşuna gəlim?
Deyim ki, "səni sevmirəm artıq?!"
Özümə yalan danışa bilmirəm, bunu məndən yaxşı bilirsən.
Yoxsa deyim "səni dəli kimi sevirəm?!"
Yox, səni səndən çox sevəcək qədər ağıllıyam, bunu bilirsən.
Ya da mobil telefon, hələ adının sonunda "M" hərfi durur.
Sadəcə, mesaj yazacaq qədər mənlik balansında yoxdur qürur (yoxdur qürur).
Tüpürmüşəm zamanla əlaqəli bütün aforizmlərə,
"Zaman unutdurur" kimi boş sözlərə.
Ya da "sevgilinə görə, sevgiyə görə çalışmaq lazımdır" kimi xoş sözlərə.
Şablonlardan uzaqlaşmışdım, sənin "O" olduğunu dərk edəndə.
Ya da ki, hamıdan fərqli "sən get, mən otururam" deyib məni tərk edəndə.
Sənin deyərək-gülərək keçirdiyin günlərdə,
Mən hələ "necəsən?" soruşanlara cavabda deyirəm
"Belə də". ("Belə də")
Əgər sən qarşılıqlı məhəbbətsiz sevirsənsə, yəni sənin sevgin bir sevgi olaraq cavab sevgisi doğurmursa, bir sevən adam kimi sən həyati təzahürünlə özünü sevdirə bilmirsənsə, onda sənin sevgin gücsüzdür. bu bədbəxtlikdir.
Nəqarət (Ayka):
Tərk etdiyin o yerdə tək
Hər gün eyni ümidlə gözləyərək.
Tərk etdiyin o yerdə tək
Hər gün eyni ümidlə gözləyərək.
O dönəcək
O dönəcək



Авторы: Mike Shinoda


PRoMete feat. feck & Ayka - 2006-2015 Sinqllar (Remastered)
Альбом 2006-2015 Sinqllar (Remastered)
дата релиза
04-07-2016

1 Günəş Şəhəri
2 O Dönəcək (Demo Home Recording) - Remastered
3 Sən Kimsən - Remastered
4 Labirint - Remastered
5 Mahnılar Bilir Kimə Yazılır - Remastered
6 H.O.S.T'U Qovun - Remastered
7 Inanma - Remastered
8 O Dönəcək
9 Ritm'i Tasavvuf
10 Adını Günəş Qoyacaq - Remastered
11 Dinlə Və Yoz - Remastered
12 Mən Dəyişəcəm - Remastered
13 Sərhədlər Var - Remastered
14 Bəstəkar - Remastered
15 Dövr'I Intihar - Remastered
16 Qurtul - Remastered
17 Oyun
18 Bir Də Başdan (Remastered)
19 Tanqo (Remastered)
20 Pəncərə (feat. Orkhan Zeynalli) [Remastered]
21 Boyfriend & Girlfirend (Remastered)
22 Bura Bakıdır (feat. Miri Yusif) [Remastered]
23 Pıçıltı (Remastered)
24 Biləcəridən O Tərəfə (Bonjour Glamour) [feat. Səbinə Babayeva] [Remastered]
25 Məsafə (feat. Səbinə Rəhimova) [Remastered]
26 Show Must Go On (feat. Sailor) [Remastered]
27 Mikrofon Biznesi (feat. Sailor) [Remastered]
28 #Icmal1 (Remastered)



Внимание! Не стесняйтесь оставлять отзывы.